Layihə planlaşdırma üzrə analitik kimi layihə məlumatlarını toplayır və Power BI bacarığı tələb olunur
Vakansiya haqqında
İş yeri: Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küç.
İş şərtləri:
- Əmək haqqı: Müsahibə əsasında
- İş qrafiki: 5 günlük iş həftəsi
- İş saatları: 09:00–18:00
- Nahar şirkət tərəfindən təmin olunur
Tələblər:
- İqtisadiyyat, Maliyyə, Statistika, Biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil;
- Analitika və hesabatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
- MS Excel proqramını yüksək səviyyədə bilmək;
- Pivot Table, Power Query və mürəkkəb Excel formulaları ilə işləmə bacarığı;
- Power BI bilikləri üstünlükdür;
- Güclü analitik və riyazi düşüncə;
- Məlumatlarla işləmə və nəticələri düzgün interpretasiya etmə bacarığı;
- Komandaya rəhbərlik və işin koordinasiyası bacarığı;
- Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq.
Vəzifə öhdəlikləri:
- Şirkətin satış, maliyyə və əməliyyat göstəricilərinin kompleks təhlilini aparmaq;
- Gündəlik, həftəlik və aylıq analitik hesabatların hazırlanmasını və təqdim edilməsini təmin etmək;
- Şirkətin əsas KPI göstəricilərini formalaşdırmaq, izləmək və nəticələri təhlil etmək;
- Satış dinamikası, məhsul kateqoriyaları, regionlar və digər biznes göstəriciləri üzrə təhlillər aparmaq;
- Məlumat bazalarının düzgünlüyünə və məlumatların keyfiyyətinə nəzarət etmək;
- Excel və Power BI vasitəsilə dashboard, analitik cədvəl və vizual hesabatlar hazırlamaq;
- Plan və fakt göstəricilərini müqayisə etmək, kənarlaşmaların səbəblərini müəyyənləşdirmək;
- Analitik nəticələr əsasında biznes proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;
- Rəhbərliyin qərarvermə prosesini dəstəkləyən analitik məlumat və təqdimatlar hazırlamaq;
- Analitik komandanın işini koordinasiya etmək və tapşırıqların icrasına nəzarət etmək;
- Rəhbərliyin tələb etdiyi digər analitik hesabat və təhlilləri hazırlamaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Baş Analitik” qeyd etməyiniz xahiş olunur.
Şirkət haqqında
2000-ci illərdən etibarən ölkəmizdə iqtisadi və siyasi sabitliyin möhkəmlənməsi, qeyri-neft sektorunun sürətli inkişafı, eləcə də investisiya və özəl biznes mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşması yeni və perspektivli şirkətlərin…
Agro-West DC MMC — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Logistika əməliyyatlarını idarə edir və Excel, SQL Server, Power BI bilikləri tələb olunur
Əməkhaqqı və mükafatların düzgün hesablanmasını təmin edən, SAP və əmək qanunvericiliyini bilən mütəxəssis.
HR büdcəsinin hazırlanması və təhlili üzrə analitik işləri görür, Excel və Power BI bilikləri tələb olunur




