Logistika əməliyyatlarını idarə edir və Excel, SQL Server, Power BI bilikləri tələb olunur
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
- Müxtəlif şöbələrin ehtiyaclarına uyğun hesabat və dashboardların hazırlanması;
- SQL Server-də sorğuların hazırlanması və optimallaşdırılması;
- Excel, SQL Server, SAP və digər mənbələrdən məlumatların toplanması və transformasiyası;
- Məlumat keyfiyyətinin yoxlanılması və uyğunsuzluqların araşdırılması;
- Power BI-də interaktiv dashboard və hesabatların hazırlanması;
- DWH, fact/dimension cədvəlləri və data modelləri ilə işlənilməsi;
- SSAS Tabular modellərinin monitorinqi və təkmilləşdirilməsinə dəstək göstərilməsi;
Tələb olunan bilik və bacarıqlar:
- SQL Server: join, CTE, stored procedure, subquery bilikləri (MS SQL üzrə təcrübə üstünlükdür);
- Power BI: data modeling, DAX və dashboard hazırlanması üzrə yaxşı səviyyədə biliklər;
- Excel: pivot table, advanced formulas və data analysis üzrə biliklər;
- DWH: fact/dimension, star schema və ETL prosesləri haqqında əsas anlayış;
- SSIS / SSAS: praktiki təcrübə (üstünlükdür);
- SAP: SAP məlumat strukturları ilə işləmə təcrübəsi (üstünlükdür);
- Analitik düşünmə, araşdırma və problem həll etmə bacarığı;
- Komandada işləmək və müxtəlif biznes istifadəçiləri ilə effektiv ünsiyyət qurmaq bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali təhsilli (Data Analitika, Riyaziyyat, Maliyyə ixtisaslarında üstünlükdür)
- İş təcrübəsi: Data analitika və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi, FMCG sektorunda təcrübə üstünlükdür;
- Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, ingilis dil biliyi arzuolunandır.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş yeri: Aşıq Molla Cümə, 46C.
- İş saatı: 09:00-18:00
Biz nə təklif edirik:
- Peşəkar komanda mühiti;
- Təlim və inkişaf imkanları;
- Şirkət hesabına korporativ nömrə;
- Nahar təminatı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Data Analitika Mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
27 avqust 2026
Dillər
Azerbaijani, English
Son tarix
27 sentyabr 2026
Şirkət haqqında
Avrora
Topdansatış və distribusiya, Topdansatış və pərakəndə ticarət · Baku
“Avrora Qrup” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır.
Avrora — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Maliyyə və əməliyyat hesabatlarını hazırlayır, Power BI və Python bilikləri tələb olunur.
Maaş göstərilməyib
Maaş göstərilməyib
Məlumatları təhlil edir, biznes problemlərini həll etmək üçün SQL və Python bilikləri tələb olunur
Mövzu üzrə materiallar
Əmək bazarı
Bütün materiallar 



