Məhsul və çap materiallarının dizaynını hazırlamaq üçün Adobe proqramlarında təcrübə tələb olunur
Qrafik və motion dizayner
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Brendin vizual kimliyinə uyğun kreativ dizayn konseptləri hazırlamaq;
- Rəqəmsal platformalar üçün sosial media postları, reklam bannerləri, kampaniya vizualları və digər kreativ materialları dizayn etmək;
- Çap və POSM materiallarını (poster, flayer, vitrin dizaynları, stend, wobler və s.) hazırlamaq və çapa uyğunlaşdırmaq;
- Motion qrafika, animasiya və dinamik reklam videolarını hazırlamaq;
- Süni intellekt (AI) alətlərindən istifadə etməklə kreativ vizualları, animasiyaları və video kontenti yaratmaq;
Namizədə tələblər:
- Qrafik və motion dizayn sahəsində minimum 2 il peşəkar iş təcrübəsi;
- Digital, çap, POSM və motion dizayn istiqamətlərində praktiki təcrübə;
- Adobe Photoshop, Illustrator, After Effects proqramlarında sərbəst işləmək bacarığı;
- Süni intellekt əsaslı qrafik və video generasiya alətləri ilə işləmək, AI vasitəsilə keyfiyyətli və peşəkar kontent yaratmaq bacarığı;
- Kompozisiya, vizual iyerarxiya, rəng nəzəriyyəsi, tipoqrafiya və digər fundamental dizayn prinsipləri üzrə güclü biliklər;
- Kreativ düşüncə, estetik zövq və trendləri brendin vizual dilinə uyğun tətbiq etmək bacarığı;
- Çap texnologiyaları, rəng modelləri (RGB/CMYK) və çapa hazırlıq prosesləri haqqında biliklər;
- Detallara diqqət, məsuliyyətlilik və komanda ilə effektiv əməkdaşlıq bacarığı.
Digər məlumatlar:
- Nahar və servis ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük tam iş qrafiki
- Korporativ mobil nömrə
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Qrafik & Motion Dizayner” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Motion dizayner üzrə bazar adətən 950–1 650 ₼ ödəyir, median — 1 200 ₼.
12 açıq vakansiya, 30 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Motion dizayner kimi öz maaşını yoxlaŞirkət haqqında
“Veysəloğlu-Rossmann” ölkəmizdə Almaniyanın “Rossmann” firmasının sağlamlıq və şəxsi qulluq məhsullarının “Rossmann” brendli mağazalar vasitəsilə satışını həyata keçirir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
5 günlük tam iş qrafiki tətbiq olunur.
Əmək bazarına uyğun rəqabətli əmək haqqı təklif olunur.
Minimum 2 il təcrübə, Adobe proqramlarında sərbəstlik və AI alətləri ilə işləmək bacarığı tələb olunur.
“Qrafik & Motion Dizayner” adını mövzu hissəsində qeyd etməklə CV göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMotion dizayner üzrə Bakıda digər açıq elanlar.
Sosial media üçün kreativ motion dizayn və animasiya hazırlamaq, ən azı 2 il təcrübə tələb olunur
Statik və dinamik qrafik dizaynlar hazırlayan, Adobe proqramlarını bilən motion dizayner tələb olunur
Motion dizayner kimi premium məhsul təqdimatı və reklam videoları hazırlamaq üçün 5 il təcrübə tələb olunur





