Vakansiya haqqında

Tələblər:

  • Ali təhsil (Biznesin idarə edilməsi, İqtisadiyyat və ya müvafiq sahələr üzrə);
  • İnsan resursları sahəsində minimum 5 il iş təcrübəsi;
  • HR proseslərinin optimallaşdırılması, daxili prosedurların hazırlanması və təkmilləşdirilməsi üzrə bilik və təcrübə;
  • MS Office və yaxşı səviyyədə Exceldə işləmək baqcarığı;
  • Analitik düşünmə, problem həlletmə və qərarvermə bacarığı;
  • Komandanı idarəetmə, iş bölgüsü aparma və əməkdaşların inkişafını dəstəkləmə bacarığı;
  • Güclü ünsiyyət, danışıqların aparılması və münaqişələrin idarə edilməsi bacarığı;
  • Yüksək məsuliyyətlilik, detallara diqqət və məxfi məlumatlarla işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst, ingilis və ya rus dilində işlək səviyyədə ünsiyyət bacarığı.

Əsas öhdəliklər:

  • İnsan resursları əməliyyatlarının Azərbaycan Respublikasının əmək qanunvericiliyinə, normativ-hüquqi aktlara və şirkətin daxili qaydalarına uyğun idarə edilməsini təmin etmək;
  • İşə qəbul, vəzifə və əmək şəraitinin dəyişdirilməsi, habelə əmək müqaviləsinə xitam verilməsi proseslərinin rəsmiləşdirilməsinə və kadr sənədləşməsinə nəzarət etmək;
  • İş vaxtının uçotu, davamiyyət və məzuniyyət proseslərinin, eləcə də əməkhaqqının hesablanması üçün təqdim olunan ilkin məlumatların düzgünlüyünü təmin etmək;
  • İşçilərin müraciət və şikayətlərinin araşdırılmasını, əmək mübahisələrinin və münaqişələrin həllini, intizam tədbirlərinin müvafiq prosedurlara uyğun həyata keçirilməsini əlaqələndirmək;
  • ƏMAS və şirkətin daxili insan resursları sistemlərində işçi məlumatlarının dəqiqliyinə, aktuallığına və məxfiliyinə nəzarət etmək;
  • İnsan resursları prosedurlarının təkmilləşdirilməsi istiqamətində təşəbbüslər irəli sürmək,fəaliyyət göstəriciləri və əməliyyat riskləri üzrə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
  • Şöbənin fəaliyyətini və komandanın işini idarə etmək, əmək münasibətləri və işçi məsələləri üzrə metodoloji və praktiki dəstək göstərmək.
  • Əmək qanunvericiliyində baş verən dəyişiklikləri izləmək, onların şirkətin HR proseslərinə təsirini qiymətləndirmək və müvafiq uyğunlaşma tədbirlərini həyata keçirmək.

İş şəraiti:

  • İş yeri – BEGOC Biznes Mərkəzi (Bakı, Zərifə Əliyeva küç., 93).
  • Tibbi sığorta və nahar.
  • Peşəkar təlim və inkişaf imkanları.
  • KPİ dəyərləndirmə əsasında bonus;

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Zərifə Əliyeva küç., 93, BEGOC Biznes Mərkəzi
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
17 noyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
17 dekabr 2026
Baxış
39

Şirkət haqqında

Zeytun Pharmaceuticals
Topdan və pərakəndə satış · 1000 + · Bakı
Zeytun Pharmaceuticals — bütün vakansiyalar

Zeytun Pharmaceuticals MMC Azərbaycanın aparıcı əczaçılıq və səhiyyə təchizat şirkətlərindən biridir. Şirkət 2014-cü ildən etibarən fəaliyyət göstərir və dərman vasitələrinin idxalı, distribusiyası, topdansatışı, pərakəndə satışı və aptek…

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərində, Zərifə Əliyeva küçəsi 93, BEGOC Biznes Mərkəzindədir.

KPİ dəyərləndirmə əsasında bonus verilir.

CV göndərilməlidir və müraciət olunan vakansiyanın adı mövzu hissəsində qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

HR əməliyyatları üzrə menecer üzrə Bakıda digər açıq elanlar.

Daax Construction
Mütəxəssis · 5+ ilBakı
Maaş göstərilməyib

Tikinti sektorunda İnsan Resursları üzrə Menecer kimi HR və payroll proseslərini idarə etmək tələb olunur

Payroll ProcessingNegotiation1CHuman Resources Management+12
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
İnsan resursları əməliyyatları şöbəsinin müdiri
Müraciət et