İnsan resursları siyasətini həyata keçirir, işə qəbul və performans idarəetməsində təcrübə tələb olunur
Vakansiya haqqında
Guven Technology — bizneslərin rəqəmsal transformasiyasını dəstəkləyən, müasir və innovativ İT həlləri təqdim edən texnologiya şirkətidir. Şirkət informasiya texnologiyaları, İT infrastrukturu, şəbəkə həlləri və kibertəhlükəsizlik istiqamətlərində fəaliyyət göstərir.
Komandamıza qoşulacaq, analitik düşüncəyə, təşəbbüskarlığa və proseslərin təkmilləşdirilməsinə yönəlmiş yanaşmaya malik İnsan Resursları üzrə Aparıcı Mütəxəssis axtarırıq. Bu vəzifədə əsas məqsəd insan resursları əməliyyatlarının effektiv və qanunvericiliyə uyğun idarə olunmasını təmin etməklə yanaşı, mövcud proseslərin təhlili, optimallaşdırılması və rəqəmsallaşdırılması istiqamətində təşəbbüslər irəli sürməkdir.
- İşə qəbul, işdən azad olunma, əmək müqavilələrinin rəsmiləşdirilməsi, sosial və icbari sığorta, eləcə də e-gov platformaları üzrə İnsan resursları əməliyyatlarının qanunvericiliyə uyğun və vaxtında həyata keçirilməsi;
- Əməkdaşların şəxsi işlərinin formalaşdırılması, sənədlərin sistemləşdirilməsi və məlumatların mütəmadi aktuallaşdırılmasının təmin edilməsi;
- Əmək müqavilələrinin, əmrlərin, arayışların və digər İnsan resursları sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi;
- Əmək qanunvericiliyində baş verən dəyişikliklərin izlənilməsi və müvafiq dəyişikliklərin şirkətin İnsan resursları proseslərinə tətbiqinin təmin edilməsi;
- İnsan resursları əməliyyatları və inzibati proseslər üzrə mövcud prosedurların təhlili, hazırlanması, yenilənməsi və standartlaşdırılması;
- Mövcud İnsan resursları proseslərində səmərəsizliklərin və təkmilləşdirmə imkanlarının müəyyən edilməsi, optimallaşdırma və avtomatlaşdırma üzrə təşəbbüslərin irəli sürülməsi;
- Şirkətdaxili ERP və İnsan resursları sistemlərindən istifadənin effektivliyinin artırılması, sistemlərin təkmilləşdirilməsi ilə bağlı əsaslandırılmış təkliflərin hazırlanması;
- İş proseslərinin səmərəliliyini artırmaq məqsədilə məlumatların vizuallaşdırılması və hesabatlılıq alətlərindən istifadə edilməsi;
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. HR generalisti üzrə bazar adətən 1 000–1 500 ₼ ödəyir, median — 1 000 ₼.
21 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
HR generalisti kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Son müraciət tarixi 4 dekabr 2026-cı ildir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarHR generalisti üzrə Bakıda digər açıq elanlar.
İşçilərin işə qəbulu və sənədləşməsini idarə edən, əmək qanunvericiliyini bilən İnsan Resursları üzrə mütəxəssis.
İşə qəbul prosesini idarə edir və HR sahəsində minimum 3 il təcrübəsi tələb olunur.
İnsan resurslarının idarə edilməsini təşkil edir və işə qəbul proseslərini idarə edir, minimum 3 il təcrübə tələb olunur.



