İşçi həyat dövrünü idarə edir və əmək qanunvericiliyini bilən HR mütəxəssisidir
Vakansiya haqqında
Əsas vəzifələr
- Mərkəzin könüllülərlə iş prosesini planlaşdırmaq və əlaqələndirmək;
- Struktur bölmələrin könüllülərə olan ehtiyacını müəyyənləşdirmək;
- Könüllülərin cəlb edilməsi və seçim prosesini təşkil etmək;
- Könüllülərin fəaliyyət istiqamətləri üzrə bölgüsünü həyata keçirmək;
- Könüllülərə fəaliyyət istiqamətləri, vəzifələri, davranış qaydaları və məsuliyyətləri barədə müvafiq təlimatların verilməsini təmin etmək;
- Könüllülərin Mərkəzin layihə, tədbir və digər fəaliyyətlərində iştirakını əlaqələndirmək, iş bölgüsünü aparmaq və fəaliyyət prosesini izləmək;
- Könüllülərlə mütəmadi kommunikasiya qurmaq, onların müraciət, təklif və ehtiyaclarını öyrənmək, zəruri məsələlərin operativ həllini təmin etmək;
- Könüllülərin fəaliyyətinin davamiyyətini və nəticələrini izləmək, müvafiq məlumat bazasının və uçotun aparılmasını təmin etmək;
- Könüllülərdən mütəmadi geribildirim almaq və nəticələri ümumiləşdirmək;
- Könüllülərin fəaliyyətinin qiymətləndirilməsi prosesini təşkil etmək;
- Könüllülərin motivasiyası və fəaliyyətə bağlılığının artırılması üzrə təşəbbüslər hazırlamaq;
- Fəal könüllülərin tanınması və təşviqi üzrə təkliflər vermək;
- Könüllülük fəaliyyəti üzrə hesabat və statistik məlumatlar hazırlamaq;
- Könüllülərlə iş üzrə qabaqcıl təcrübələri araşdırmaq və tətbiqi ilə bağlı təkliflər hazırlamaq;
- Aidiyyəti struktur bölmələrlə koordinasiyanı təmin etmək;
- Zərurət yarandıqda Mərkəzin təşkil etdiyi imtahan, müsahibə və digər tədbirlərdə daxili qaydalara uyğun olaraq iştirak etmək;
- Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra etmək.
Tələblər
- Ali təhsil;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan dilini yüksək səviyyədə; ingilis dilini orta səviyyədə bilmək;
- Komanda və müxtəlif iştirakçı qrupları ilə işləmək bacarığı;
- Güclü təşkilatçılıq və koordinasiya bacarığı;
- Effektiv şifahi və yazılı ünsiyyət bacarığı;
- Məlumatları sistemləşdirmək və hesabat hazırlamaq bacarığı;
- Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- İnsan resurslarının idarə edilməsi, gənclərlə iş, könüllülük proqramlarının koordinasiyası, layihələrin və ya tədbirlərin təşkili istiqamətində iş təcrübəsi üstünlükdür.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Könüllü koordinatoru üzrə bazar adətən 400–800 ₼ ödəyir, median — 500 ₼.
2 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Könüllü koordinatoru kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakıdır.
Azərbaycan dilini yüksək səviyyədə, ingilis dilini orta səviyyədə bilməlidir.
Microsoft Office proqramlarında sərbəst işləməlidir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKönüllü koordinatoru üzrə Bakıda digər açıq elanlar.
İnsan Resursları üzrə mütəxəssis kimi əmək qanunvericiliyini və SAP proqramını bilmək tələb olunur
Ofis meneceri kimi işçilərlə ünsiyyət qurur, HR bacarıqları və ofis idarəetməsi tələb olunur
İşə qəbul, sənədləşmə və əmək qanunvericiliyinə uyğun insan resursları işlərini idarə edir.


