Vakansiya haqqında

Təsvir

  • Şirkətin təsis sənədləri, daxili qaydaları və digər korporativ sənədlərinin hazırlanması, yenilənməsi, Hüquqi şəxsin dövlət qeydiyyatı, yenidən təşkili və ləğvi ilə bağlı prosedurların idarəsi;
  • Təşkilatın fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunaraq hazırlanması, əlavə və dəyişikliklərin edilməsi müqavilələrin reyestri və mütəmadi yenilənməsi;
  • Təşkilatın fəaliyyəti ilə əlaqədar yeni qəbul olunmuş normativ-hüquqi aktlar barədə Təşkilatın aidiyyəti əməkdaşlarının məlumatlandırılması;
  • Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Cəmiyyəti təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
  • Cəmiyyət tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, Cəmiyyətə qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması;
  • Hüquqi risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və azaldılması strategiyalarının hazırlanması;
  • İnvestor, tərəfdaş və müştəri şikayətlərinin və sorğuların baxılması;
  • Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələləri qanunvercilik çərçivəsində həll edilməsi;
  • Əmək mübahisələrinin həlli, intizam məsələlərinin hüquqi yolla idarəsi;
  • Qanunvericiliyə edilən dəyişikliklərə operativ reaksiya, şirkətin mövqeyinin formalaşdırılması

Tələblər

  • Hüquq sahəsində bakalavr və/və ya magistr dərəcəsi
  • Beynəlxalq hüquq normaları üzrə biliklər;
  • Hüquq sahəsində ən azı 5 il iş təcrübəsi;
  • Bank və kredit təşkilatlarında ən azı 2 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Mülki, Mülki-prosessual, İnzibati prosessual, Əmək, Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyinin, həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi normativ xarakterli aktlarının hüquq əsaslarını dərindən bilmək;
  • Beynəlxalq hüquq və ya maliyyə sertifikatları— arzu olunandır.

İş şəraiti:

  • İş rejimi: 6 gün.
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Hüquqşünas” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Əlaqə telefonu: 055 216 20 65

Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
5 sentyabr 2026
Son tarix
5 oktyabr 2026

Şirkət haqqında

Az-Caspian CONSTRUCTION
Tikinti · Baku

2009-cu ildən “Az-Caspian CONSTRUCTION” adıyla öz uğurlu fəaliyyətinə başlamış şirkətimiz bugünə qədər etibarlılıq və dürüstlük kimi dəyərlərə əsasalanaraq bir çox böyük layihəyə imza atıb.

Az-Caspian CONSTRUCTION — bütün vakansiyalar

Bacarıqlar və texnologiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Hüquqşünas
Müraciət et