Şirkətin hüquqi məsələlərini idarə etmək və hüquq sahəsində 5 il təcrübə tələb olunur
Vakansiya haqqında
Təsvir
- Dövlət orqanları, yerli özünüidarəetmə orqanları və digər qurumlar qarşısında Şirkəti təmsil etmək, yoxlamalar zamanı hüquqi dəstək göstərmək və proseslərin hüquqi müşayiətini həyata keçirmək;
- Şirkətin məhkəmə, təhqiqat və istintaq orqanlarında hüquqi maraqlarını təmsil etmək və müdafiə etmək;
- Şirkətin adından iddia ərizələri, şikayətlər, vəsatətlər, etirazlar və digər prosessual sənədləri hazırlamaq və müvafiq orqanlara təqdim etmək;
- Şirkətin mənafeyinə zidd olan qanunsuz və əsassız qərarlardan qanunvericiliyə uyğun qaydada şikayət vermək;
- Şirkətin daxili normativ sənədlərinin və digər hüquqi sənədlərinin ekspertizasını aparmaq, zəruri əlavə və dəyişikliklərlə bağlı təkliflər vermək;
- Etibarnamələrin, təsis sənədlərinin, məhkəmə və hüquq-mühafizə orqanlarına aid sənədlərin və digər hüquqi sənədlərin uçotunu, saxlanılmasını və arxivləşdirilməsini təşkil etmək;
- Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsinə və hüquqi risklərin minimuma endirilməsinə dəstək göstərmək;
- Şirkətin struktur bölmələri ilə birgə dövlət orqanları, hüquqi və fiziki şəxslərlə aparılan danışıqlarda iştirak etmək;
- Şirkətdə yaradılan komissiyaların fəaliyyətində iştirak etmək və hüquqi məsələlər üzrə rəy vermək;
- Rəhbərliyin tapşırıqları əsasında hüquqi təminatla bağlı digər zəruri işləri həyata keçirmək.
Tələblər
- Hüquqşünaslıq ixtisası üzrə ali təhsil almaq;
- Hüquq sahəsində minimum 3 il iş təcrübəsinə malik olmaq;
- Azərbaycan Respublikasının mülki, mülki prosessual, inzibati xətalar, inzibati prosessual və cinayət prosessual qanunvericiliyini bilmək;
- Məhkəmə və dövlət orqanlarında təmsilçilik, prosessual sənədlərin hazırlanması və hüquqi yazışmaların aparılması üzrə təcrübəyə malik olmaq;
- Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, təhlili və hüquqi ekspertizası bacarığına malik olmaq;
- Hüquqi riskləri müəyyənləşdirmək, təhlil etmək və müvafiq həll yolları təklif etmək bacarığına malik olmaq;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığına malik olmaq;
- MS Office proqramlarından istifadə bacarığına malik olmaq;
- Analitik düşünmə, araşdırma, problem həll etmə və qərarvermə bacarıqlarına malik olmaq;
- Komandada işləmək, vaxtı düzgün idarə etmək və detallara diqqət yetirmək bacarığına malik olmaq.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Yanacaq
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Korporativ hüquqşünas üzrə bazar adətən 850–1 750 ₼ ödəyir, median — 1 500 ₼.
33 açıq vakansiya, 9 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Korporativ hüquqşünas kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Hüquq sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur.
Vakansiya tam ştat işidir.
Nahar təminatı və yanacaq imtiyazları mövcuddur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKorporativ hüquqşünas üzrə Bakıda digər açıq elanlar.
Şirkətin hüquqi sənədlərini hazırlamaq və hüquqi məsələləri idarə etmək üçün ən az 5 il təcrübə tələb olunur
Hasilatın Pay Bölgüsü Sazişi üzrə hüquqi məsələləri idarə edir və 5 il təcrübə tələb olunur.
Korporativ hüquq sahəsində sənədlər hazırlayır və müqavilələri qanunvericiliyə uyğun yoxlayır


