Təhlükəsizlik mühəndisi tətbiq və infrastruktur təhlükəsizliyini təmin etmək üçün işləməlidir.
Vakansiya haqqında
“PAŞA Sığorta” ASC namizədləri DevSecOps üzrə aparıcı mütəxəssi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə öhdəlikləri
Proqram təminatı, DevOps və Cloud arxitekturalarının təhlükəsizlik baxımından dizaynı və dəyərləndirilməsi;
Şirkət üzrə DevSecOps strategiyasının formalaşdırılması və tətbiqi;
CI/CD pipeline-larda təhlükəsizlik nəzarətlərinin (security gates) dizaynı, avtomatlaşdırılması və optimallaşdırılması;
SSDLC çərçivəsində təhlükəsizlik tələblərinin erkən mərhələdə (shift-left security) inteqrasiyası;
SAST, DAST, SCA, IaC və Container Security alətlərinin seçilməsi, konfiqurasiyası və nəticələrinin risk-əsaslı təhlili;
Kubernetes, Docker və Cloud mühitlərində (AWS, Azure, GCP) təhlükəsizlik arxitekturasının qurulması və nəzarəti;
DevOps infrastrukturu üzrə təhlükəsizlik siyasətləri, standartlar və prosedurların hazırlanması;
Proqram təminatı və infrastruktur üzrə kritik informasiya təhlükəsizliyi risklərinin aşkarlanması və aradan qaldırılmasına rəhbərlik etmək;
NIST, CIS Benchmarks, OWASP və Şirkət daxili tələblərə uyğunluğun təmin edilməsi və monitorinqi;
DevSecOps, DevOps və inkişaf komandalarına texniki liderlik və mentorluq göstərmək;
Təhlükəsizlik insidentlərinin CI/CD və runtime mərhələsində aşkarlanması və qarşısının alınması mexanizmlərinin qurulması;
Təhlükəsizlik üzrə daxili təlimlərin və best practice sessiyalarının təşkili.
Təhsil və ixtisas.
İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahə üzrə ali təhsil.
Sertifikatlar.
Kibertəhlükəsizlik və Cloud üzrə sertifikatlar üstünlükdür (CKS, CKAD, AWS Security Specialty, eWPT, eCPPTv2 və s.).
Bilik və bacarıqlar.
İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahə üzrə ali təhsil;
DevSecOps / AppSec / Cloud Security sahəsində minimum 2.5–4 il iş təcrübəsi;
Azərbaycan dilini əla, İngilis və Rus dillərini yaxşı səviyyədə bilmək;
CI/CD platformaları (GitLab CI, Jenkins, GitHub Actions, Azure DevOps) üzrə dərin biliklər;
Cloud təhlükəsizliyi üzrə güclü praktiki təcrübə (AWS, Azure və ya GCP);
Kubernetes Security (RBAC, Network Policy, Pod Security, Secrets Management) üzrə biliklər;
Infrastructure as Code (Terraform, CloudFormation) və IaC security scanning üzrə təcrübə;
SAST, DAST, SCA, container image scanning və policy-as-code yanaşması üzrə biliklər;
Skript və avtomatlaşdırma bacarığı (Python, Bash);
Mikroservis və cloud-native arxitektura dizayn prinsiplərini dərindən anlamaq;
Threat Modeling və risk-əsaslı təhlükəsizlik qərarlarının verilməsi bacarığı;
Güclü analitik düşünmə, strateji yanaşma və qərarvermə bacarığı;
Yüksək məsuliyyət, liderlik və çoxkomandalı mühitdə effektiv ünsiyyət bacarığı.
Dil bilikləri.
Azərbaycan, İngilis və Rus dilləri
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Daxili və xarici infrastrukturun penetrasiya testlərini aparır, ən azı 3 il təcrübəsi tələb olunur.
İnformasiya təhlükəsizliyi sistemlərini inkişaf etdirir və idarə edir, güclü təhlükəsizlik bilikləri tələb olunur.
İnformasiya təhlükəsizliyi üzrə komandanı idarə edir və bulud təhlükəsizliyi sahəsində təcrübəyə malikdir.




