İstifadəçilərə texniki dəstək verir, problemləri diaqnostika edir və həll edir, İT sahəsində ali təhsil tələb olunur.
Vakansiya haqqında
Təsvir
- İT ilə bağlı sorğuların qəbulu və həlli;
- Kompüter, printer, skaner, telefon və digər avadanlıqlarla bağlı problemlərin aradan qaldırılması;
- Proqram təminatı və əməliyyat sistemlərinin sazlanması və yenilənməsi;
- Ofis proqramları və digər tətbiqlər üzrə istifadəçilərə dəstək göstərmək;
- Yeni istifadəçilər üçün kompüter və digər İT avadanlıqların hazırlanması;
- Şəbəkə bağlantıları və internet problemlərinin həlli;
- İT infrastrukturu üzrə kiçik texniki problemlərin həlli və eskalasiya edilməsi;
- Daxil olan müraciətlərin Helpdesk sistemi vasitəsilə qeydiyyata alınması və izlənməsi;
- İstifadəçilərlə effektiv ünsiyyət qurmaq və problemləri izah etmək;
- Müraciətlərin həlli müddətinin və keyfiyyətinin izlənməsi;
- Korporativ İT təhlükəsizlik qaydalarına əməl edilməsi və istifadəçilərə məlumat verilməsi;
- Məlumatların ehtiyat nüsxələrinin yoxlanılması və bərpasına dəstək.
Tələblər
- Ali təhsil (informasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli sahədə)
- İT dəstək və ya oxşar vəzifədə 1-2 il iş təcrübəsi.
- Windows və MacOS əməliyyat sistemləri üzrə biliklər.
- Microsoft Office proqramları və digər ofis tətbiqləri ilə işləmək bacarığı;
- Şəbəkə və internet problemlərinin həlli üzrə biliklər (TCP/IP, LAN, WAN və s.);
- Daxili sistemlər və avadanlıqlar üzrə texniki biliklər;
- Problemləri həll etmə bacarığı və analitik düşüncə;
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- Müştəriyönümlü yanaşma;
- Yeni texnologiyaları öyrənmək və tətbiq etmək həvəsi.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. İT texniki dəstək üzrə mütəxəssis üzrə bazar adətən 700–1 150 ₼ ödəyir, median — 900 ₼.
19 açıq vakansiya, 75 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
İT texniki dəstək üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Şamaxı şəhərindədir.
İT dəstəyi və ya oxşar sahədə 1-2 il iş təcrübəsi tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarİT texniki dəstək üzrə mütəxəssis üzrə Şamaxıda digər açıq elanlar.
İstifadəçilərə gündəlik texniki dəstək verir, Windows və şəbəkə bilikləri tələb olunur.
Kompüter və noutbukların diaqnostikası və təmiri üzrə 2 ildən çox təcrübəsi olan mütəxəssis.
Sifarişçilərin sorğularını qəbul edib L1 səviyyəsində emal etmək və SLA tələblərinə riayət etmək.




