Vakansiya haqqında

Kritik təhlükəsizlik texnologiyalarını — Yeni Nəsil Firewall (NGFW), Veb Tətbiq Firewall-u (WAF) və Şəbəkəyə Giriş Nəzarəti (NAC) sistemlərini tətbiq və idarə edəcək motivasiyalı şəbəkə təhlükəsizliyi üzrə mühəndis axtarırıq. Vəzifəyə həmçinin təhlükəsiz şəbəkə arxitekturalarının qurulması, sistemin ümumi dayanıqlığının gücləndirilməsi və müvafiq təhlükəsizlik tələblərinə uyğunluğunun qiymətləndirilməsi üçün təhlükəsizlik auditlərinin aparılması daxildir.

Əsas vəzifə öhdəlikləri:

  • Şəbəkənin hərtərəfli qorunmasını təmin etmək üçün NGFW-ləri idarə etmək və konfiqurasiya etmək;
  • Veb tətbiqləri təhdidlərdən qorumaq üçün WAF həllərini quraşdırmaq və onların fasiləsiz işini təmin etmək;
  • Girişə nəzarət siyasətlərinin tətbiqi üçün NAC sistemlərini qurmaq və idarə etmək;
  • Zəiflikləri aşkar etmək və korreksiyaedici tədbirlər təklif etmək məqsədilə təhlükəsizlik auditləri keçirmək.

Tələblər:

  • Şəbəkə təhlükəsizliyi və ya əlaqəli sahədə ən azı 1 il iş təcrübəsi;
  • NGFW-lərlə (Palo Alto, FortiGate) praktiki iş təcrübəsi;
  • Təhlükəsiz şəbəkə dizaynı prinsipləri və şəbəkə protokolları barədə güclü biliklər;
  • Müvafiq sertifikatlar (CCNA, Palo Alto Next-Generation Firewall Engineer, Fortinet Certified Professional və ya digər vendor sertifikatları).

Üstünlük verilir:

  • Təhlükəsizlik platformaları ilə iş təcrübəsi (Cisco Firepower, F5, AWS WAF, Cloudflare, Cisco ISE, FortiNAC).

Namizədlər CV-lərini mövzu hissəsində “Şəbəkə təhlükəsizliyi üzrə mühəndis (middle)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
16 sentyabr 2026
Son tarix
16 oktyabr 2026

Şirkət haqqında

Cyberpoint
İnformasiya və kommunikasiya, Proqram təminatı və İT xidmətləri · Bakı

Cyberpoint müxtəlif fəaliyyət sahələri üçün kibertəhlükəsizlik həlləri təqdim edən təhlükəsizlik xidməti provayderidir. Şirkətin əsas məqsədi kritik infrastrukturların kibertəhlükəsizliyini təmin etməkdir.

Cyberpoint — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bir
Middle · 2–3 il
Maaş göstərilməyib

Penetrasiya testləri aparır, zəiflikləri müəyyən edir və təhlükəsizlik alətlərindən istifadə edir.

Penetration TestingBurp SuiteOWASP ZAPNmap+14
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Şəbəkə təhlükəsizliyi mühəndisi (orta səviyyə)
Müraciət et