Şəbəkə infrastrukturunun idarə olunması və təhlükəsizliyinə rəhbərlik etmək üçün təcrübəli mütəxəssis tələb olunur
Vakansiya haqqında
Əsas vəzifələr
- Cəmiyyətin korporativ məlumat ötürmə şəbəkəsinin (LAN, WAN, WLAN) və əlaqəli şəbəkə infrastrukturunun fasiləsiz, dayanıqlı və təhlükəsiz fəaliyyətinin təmin edilməsi;
- Şəbəkə avadanlıqlarının (marşrutlaşdırıcı, kommutator, firewall, Wi-Fi kontroller və giriş nöqtələri) quraşdırılması, konfiqurasiyası, yenilənməsi və texniki sazlığının təmin edilməsi;
- Şəbəkə arxitekturasının layihələndirilməsi, seqmentasiya (VLAN), IP ünvanlama planının hazırlanması və marşrutlaşdırma siyasətlərinin idarə olunması;
- Obyektlər arasında WAN kanallarının, VPN bağlantılarının və ehtiyat rabitə xətlərinin konfiqurasiyası, monitorinqi və dayanıqlılığının təmin edilməsi;
- Şəbəkə təhlükəsizliyi mexanizmlərinin — firewall qaydaları, giriş nəzarəti siyahıları (ACL), NAT, IDS/IPS və məzmun filtrasiyası — tətbiqi və idarə olunması;
- Korporativ (İT) və istehsalat (OT/IACS) şəbəkə seqmentləri arasında təhlükəsiz ayrılmanın və yalnız təsdiqlənmiş trafik axınlarının tətbiqinin təmin edilməsi;
- Şəbəkənin davamlı monitorinqi, kanalların yüklənməsinin təhlili, nasazlıqların operativ aşkarlanması, diaqnostikası və aradan qaldırılması;
- Şəbəkə avadanlıqlarının konfiqurasiyalarının müntəzəm ehtiyat nüsxələnməsi, versiya nəzarəti və fövqəladə hallarda operativ bərpasının təmin edilməsi;
- Strukturlaşdırılmış kabel sisteminin (SCS), optik xətlərin və kommutasiya şkaflarının vəziyyətinə nəzarət, markalanma və sənədləşmənin aparılması;
- İstifadəçilərin və qurğuların şəbəkəyə qoşulması üzrə autentifikasiya mexanizmlərinin (802.1X, RADIUS, NAC) və qonaq şəbəkəsinin idarə olunması;
- Şəbəkə avadanlıqları üzrə inzibati hesabların, giriş hüquqlarının və konfiqurasiya dəyişikliklərinin korporativ standartlara uyğun idarə olunması, audit izlərinin saxlanılması;
- Mövcud şəbəkə infrastrukturunun təkmilləşdirilməsi, tutumun planlaşdırılması, yeni texnoloji həllərin araşdırılması və tətbiqi ilə bağlı təkliflər hazırlamaq;
- Şəbəkə topologiyası sxemlərinin, texniki sənədləşmənin, təlimatların və istismar sənədlərinin hazırlanması və yenilənməsini təmin etmək;
- İnternet və rabitə provayderləri, təchizatçılar və xidmət təminatçıları ilə texniki koordinasiyanı həyata keçirmək, xidmət səviyyəsi göstəricilərinə (SLA) nəzarət etmək;
- Şəbəkə ilə bağlı insidentlərin idarə olunması, xidmətlərin operativ bərpası və təkrarlanmanın qarşısının alınması üzrə tədbirlər görmək; sektor daxilində işlərin koordinasiyasını həyata keçirmək və əməkdaşlara metodiki dəstək göstərmək;
- Hesabat, texniki arayış, rəy və digər xidməti sənədlərin hazırlanmasında iştirak etmək.
Tələblər
- Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili və İngilis dili arzuolunandır;
- Yaxşı ünsiyyət qabiliyyəti, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, təşkilatı anlama, çeviklik, problem həlletmə bacarıqları.
- Şəbəkə protokolları və texnologiyaları üzrə dərin bilik: TCP/IP, IPv4/IPv6, VLAN, STP, EtherChannel/LACP, QoS və multicast;
- Marşrutlaşdırma protokolları (OSPF, BGP, statik marşrutlaşdırma) və L2/L3 kommutasiya üzrə konfiqurasiya və nasazlıqların aradan qaldırılması təcrübəsi;
- Korporativ səviyyəli şəbəkə avadanlıqları (Fortinet, Cisco, HPE/Aruba, Huawei, MikroTik və digər analoji istehsalçılar) üzrə quraşdırma, konfiqurasiya və idarəetmə bacarığı;
- Firewall və NGFW platformaları (Fortinet, Palo Alto, Check Point və digər analoji həllər) üzrə təhlükəsizlik siyasətlərinin qurulması, NAT, VPN (IPSec, SSL) və seqmentasiya təcrübəsi;
- Simsiz şəbəkə həlləri: Wi-Fi kontrollerlər, giriş nöqtələri, əhatə dairəsinin planlaşdırılması və optimallaşdırılması üzrə bilik və praktiki təcrübə;
- Şəbəkəyə giriş nəzarəti mexanizmləri: 802.1X, RADIUS/TACACS+, NAC həlləri və sertifikat əsaslı autentifikasiya;
- Şəbəkə xidmətlərinin (DNS, DHCP, NTP, proxy) idarə olunması və Active Directory mühiti ilə inteqrasiyası üzrə biliklər;
- Monitorinq və idarəetmə alətləri (Zabbix, PRTG, ManageEngine OpManager, NetFlow/sFlow təhlili, SNMP, syslog) vasitəsilə şəbəkənin izlənilməsi, konfiqurasiyaların edilməsi və təhlili bacarığı;
- Strukturlaşdırılmış kabel sistemləri, optik xətlər, patç-panellər və kommutasiya şkaflarının quruluşu üzrə biliklər; şəbəkə ölçmə və diaqnostika alətlərindən istifadə bacarığı;
- Sənaye şəbəkələri və OT/İT seqmentasiyası (Purdue modeli, sənaye protokolları üzrə ümumi anlayış) barədə biliklər arzuolunandır;
- Windows Server və Linux əməliyyat sistemləri üzrə baza səviyyəsində biliklər; texniki sənədlərlə, şəbəkə topologiyası sxemləri ilə və inzibati hesabatlarla işləmək bacarığı;
- Şəbəkə üzrə peşəkar sertifikatların (CCNA/CCNP, NSE, JNCIA və ya analoji) olması arzuolunandır.
- Ali təhsil (İT üzrə olması arzuolunandır)
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi.
- Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Şəbəkə inzibatçısı üzrə bazar adətən 800–1 800 ₼ ödəyir, median — 1 000 ₼.
5 açıq vakansiya, 15 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Şəbəkə inzibatçısı kimi öz maaşını yoxlaŞirkət haqqında
AzerGold CJSC — Azerbaijan's state gold & non-ferrous metals producer (Chovdar, Söyüdlü/ZOD). Hires middle+ geology, mining engineering, IT, legal, procurement and ecology talent.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Həftə içi 5 gün, gündə 8 saat iş rejimi var.
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi tələb olunur.
CCNA/CCNP, NSE, JNCIA və ya analoji sertifikatlar arzuolunandır.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarŞəbəkə inzibatçısı üzrə Bakıda digər açıq elanlar.
Şəbəkə infrastrukturunu idarə edir, konfiqurasiya edir və təhlükəsizlik standartlarına uyğun təcrübə tələb edir
Korporativ şəbəkənin idarə edilməsini və nasazlıqların həllini həyata keçirmək üçün LAN/WAN və Cisco bilikləri tələb olunur
İT infrastrukturunun idarə olunması və şəbəkə sistemlərinin qurulması üzrə minimum 2 il təcrübə tələb olunur



