İT sistemlərinin idarə olunması və texniki problemlərin həlli üzrə 2-3 il təcrübəli mütəxişs.
Vakansiya haqqında
Əsas vəzifələr
- Windows və Linux əməliyyat sistemlərinin quraşdırılması, sazlanması və administrasiyası
- Şəbəkə avadanlıqlarının (aktiv və passiv) quraşdırılması, konfiqurasiyası və texniki dəstəyi
- Hardware və software səviyyəsində yaranan problemlərin diaqnostikası və aradan qaldırılması
- VMware virtual mühitinin quraşdırılması və idarə olunması
- VoIP, IP PBX və videokonfrans sistemlərinin quraşdırılması və konfiqurasiyası
- CCTV sistemlərinin (DVR, analoq və IP kameralar) quraşdırılması və sazlanması
- Simsiz şəbəkələrin və modemlərin konfiqurasiya olunması
- Active Directory üzərində istifadəçilərin və giriş hüquqlarının idarə olunması
- Şəbəkə təhlükəsizliyinin təmin edilməsi və monitorinqin aparılması
- Sistem və avadanlıq loqlarına nəzarət olunması
- Ehtiyat nüsxələrin (Backup) yaradılması və idarə olunması
- Kommunikasiya xətlərində yaranan nasazlıqların operativ aradan qaldırılması
- İT infrastrukturunun fasiləsiz fəaliyyətinin təmin edilməsi və texniki dəstəyin göstərilməsi
- Həftənin 5 iş günü saat 09:00 – 18:00
- Şənbə və bazar – istirahət günləri
- Əmək haqqı namizədin bilik, bacarıq və praktiki iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək
Tələblər
- Ali təhsil
- Ən azı 3 il iş təcrübəsi
- Windows Server əməliyyat sistemləri ilə iş təcrübəsi
- Linux əməliyyat sistemlərinin quraşdırılması və administrasiyası üzrə biliklər
- VMware platforması ilə iş təcrübəsi
- OSI modeli və TCP/IP protokolları üzrə biliklər
- VoIP texnologiyaları və SIP, H.323 kimi protokollar haqqında biliklər
- Şəbəkə təhlükəsizliyi (Firewall, VPN, IPSec və s.) üzrə biliklər
- Simsiz şəbəkələrin qurulması və idarə olunması üzrə təcrübə
- Active Directory mühitində istifadəçilərin idarə olunması bacarığı
- Şəbəkə və informasiya təhlükəsizliyi sahəsində iş təcrübəsi
- Müştərilərlə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı
- Komandada işləmək bacarığı
- Diqqətli, məsuliyyətli və nizam-intizamlı olmaq
- Müvafiq beynəlxalq sertifikatlara (CCNA, MCSA, MCSE, VMware və s.) malik namizədlərə üstünlük verilir.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Sistem administratoru üzrə bazar adətən 1 000–1 600 ₼ ödəyir, median — 1 500 ₼.
25 açıq vakansiya, 16 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Sistem administratoru kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSistem administratoru üzrə Bakıda digər açıq elanlar.
Windows Server və VMware idarə edən, 3-5 il təcrübəsi olan orta səviyyəli sistem administratoru.
Windows Server və Linux sistemlərinin idarə olunmasını və virtualizasiya platformalarında iş təcrübəsi tələb olunur
Şəbəkə və sistem mühəndisi kimi işləyir, əsas şəbəkə və server biliklərinə malik olmalıdır




