Sistemlərin idarə edilməsi üzrə aparıcı mütəxəssis

Bir

Vakansiya haqqında

Bu rolda One Identity Manager platformasının etibarlı və fasiləsiz fəaliyyətinin təmin edilməsində, korporativ sistemlərlə inteqrasiyaların idarə olunmasında və texniki proseslərin təkmilləşdirilməsində mühüm rol oynayacaqsınız.

Vəzifə öhdəlikləri

  • One Identity Manager platformasının server və sistem komponentlərinin administrasiyasını həyata keçirmək.
  • Platformanın xidmət və komponentlərinin monitorinqini aparmaq, texniki dəstək göstərmək.
  • Job Service, Job Queue və DBQueue komponentlərini idarə etmək, yaranan texniki problemləri araşdırmaq və aradan qaldırmaq.
  • Synchronization və Provisioning proseslərini izləmək və dəstəkləmək.
  • One Identity Manager platformasının digər sistemlərlə inteqrasiyalarını qurmaq, konfiqurasiya etmək və texniki dəstəyini təmin etmək.
  • Active Directory, Entra ID, LDAP və SQL Server ilə inteqrasiyaları idarə etmək.
  • Integration və Connectors ilə bağlı problemləri təhlil etmək və həll etmək.
  • Failed Jobs, Synchronization və Provisioning xətalarının əsas səbəblərini (Root Cause Analysis) müəyyən etmək.
  • One Identity Manager verilənlər bazası və Data Model ilə bağlı texniki problemləri araşdırmaq və həll etmək.
  • SQL sorğularını yazmaq və icra etmək, məlumatları təhlil etmək.
  • Mövcud customization və script-lərin texniki dəstəyini təmin etmək.
  • C#/.NET əsasında hazırlanmış xüsusi məntiqin (custom logic) və inteqrasiyaların dəstəklənməsində iştirak etmək.
  • Production mühitində yaranan insidentləri araşdırmaq və aradan qaldırmaq.
  • Change, Release, Patch və Upgrade proseslərində iştirak etmək.
  • Vendor ilə texniki əməkdaşlıq etmək və mürəkkəb problemləri müvafiq qaydada eskalasiya etmək.
  • Sistemin arxitekturası, inteqrasiyalar və əməliyyat prosedurları üzrə texniki sənədləşməni aparmaq.

Tələblər

  • One Identity Manager platforması ilə praktiki iş təcrübəsi.
  • IAM/IGA platformalarının iş prinsipləri və Access Management prosesləri üzrə biliklər.
  • Windows Server administrasiyası üzrə biliklər.
  • SQL Server və SQL üzrə yaxşı biliklər.
  • C#/.NET üzrə praktiki biliklər.
  • Active Directory və LDAP ilə iş təcrübəsi.
  • Windows Services ilə işləmək bacarığı.
  • DBQueue və Job Queue komponentlərinin iş prinsiplərini anlamaq.
  • Production mühitində texniki problemlərin araşdırılması və aradan qaldırılması (troubleshooting) üzrə təcrübə.
  • Sistem inteqrasiyaları və connectors ilə iş təcrübəsi.

Üstünlüklər

  • İnkişaf imkanları
  • Rəqabətli əmək haqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Visa Premium əmək haqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət
  • Güzəştli təhsil və işçi kredit

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Azərbaycan
Təcrübə
Senior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
10 oktyabr 2026
Son tarix
22 noyabr 2026
HRX ilə müraciət
6
Baxış
1 271

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Sistem administratoru üzrə bazar adətən 1 000–1 600 ₼ ödəyir, median — 1 500 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

24 açıq vakansiya, 16 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Sistem administratoru kimi öz maaşını yoxla

Şirkət haqqında

Bir
Technology · 5,001-10,000 · Bakı
Bir — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

Rəqabətli əmək haqqı və bonuslar təklif olunur.

Ən azı 3 il iş təcrübəsi tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Sistem administratoru üzrə digər açıq elanlar.

Technofusion LLC
Mütəxəssis · 3+ ilBakı
Maaş göstərilməyib

İnfrastruktur sistemlərini idarə edir, Linux və Windows serverlərdə təcrübəsi olan orta səviyyəli mütəxəssis tələb olunur

RAID configurationGroup PolicyServer hardware configurationLinux Administration+14
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Sistemlərin idarə edilməsi üzrə aparıcı mütəxəssis
Müraciət et