Anbara daxil olan məhsulların qəbulunu və inventar idarəsini təmin etmək üçün 1 il təcrübə tələb olunur
Vakansiya haqqında
AAC MMC komandamıza məsuliyyətli, diqqətli və işinə ciddi yanaşan Anbardar axtarırıq.
Əsas vəzifə öhdəlikləri
- Növbə ərzində istehsalatdan çıxan hazır məhsulların qəbulunu həyata keçirmək və müvafiq aktları tərtib etmək;
- Qəbul edilmiş məhsulların düzgün şəkildə stoklanmasını təşkil etmək və baş anbardarı məlumatlandırmaq;
- Sifarişlərə uyğun hazır məhsulların yüklənməsini təşkil etmək;
- Yüklənən məhsulların adı, miqdarı və sifarişə uyğunluğunu yoxlamaq;
- Növbə ərzində görülən işlər və məhsul hərəkəti üzrə qeydiyyat aparmaq;
- Növbə sonunda anbar üzrə təhvil-təslim prosesini həyata keçirmək;
- İstehsalat növbə rəisi ilə birlikdə təhvil-təslim aktını hazırlamaq və baş anbardara təqdim etmək;
- Avtokar operatorlarının fəaliyyətinə nəzarət etmək;
- Hazır məhsul, xammal və mal-materialların düzgün yerləşdirilməsini, qorunmasını və saxlanmasını təmin etmək;
- Anbar sahəsindən səmərəli istifadəni təmin etmək;
- Anbarda təhlükəsizlik, intizam və əməyin mühafizəsi qaydalarına riayət etmək.
Namizədə tələblər
- Cins: Kişi
- Yaş həddi: 25–40 yaş
- Anbar sahəsində ən azı 1 il iş təcrübəsi;
- MS Office (Excell, Word,Uyumsoft) kompüter proqramlarını bilmək;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
- Azərbaycan dilini mükəmməl bilmək;
- Rus dili biliyi arzuolunandır.
İş şəraiti
- İş yeri: Səngəçal
- İş rejimi: Növbəli iş rejimi, o cümlədən gecə növbəsi
- Əmək haqqı: 700–800 AZN
- Nahar: Şirkət tərəfindən təmin olunur
- Nəqliyyat: Şirkət tərəfindən təmin olunur
Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
E-mail mövzu hissəsində “Anbardar” qeyd etməyiniz xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Anbardar üzrə bazar adətən 600–800 ₼ ödəyir, median — 700 ₼.
61 açıq vakansiya, 61 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Anbardar kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Səngəçaldadır.
Növbəli iş rejimi, o cümlədən gecə növbəsi tətbiq olunur.
Əmək haqqı 700–800 ₼ arasındadır.
Namizədə anbar sahəsində ən azı 1 il iş təcrübəsi tələb olunur.
MS Office (Excel, Word) və Uyumsoft proqramlarını bilmək tələb olunur.
Azərbaycan dilini mükəmməl bilmək, rus dili biliyi arzuolunandır.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarAnbardar üzrə Bakıda digər açıq elanlar.
Anbarda ehtiyatların qəbulunu, saxlanmasını və verilməsini idarə etmək üçün 1 ildən çox təcrübə tələb olunur
Klinika anbarında malların qəbulu, çeşidlənməsi və nəzarətini həyata keçirmək.



