Vakansiya haqqında

Meyvə və tərəvəz anbarı üzrə “Anbar nəzarətçisi” axtarırıq

Vəzifə öhdəlikləri:

  • Anbara daxil olan bütün tərəvəz və meyvələrin miqdarını, keyfiyyətini və müşayiətedici sənədlərini yoxlamaq
  • Məhsulların çeşidlənməsi, yuyulması, təmizlənməsi və qablaşdırılması proseslərinə gündəlik nəzarət etmək
  • Məhsulların sifarişlərə uyğun, düzgün çəki ilə göndərilməsinə nəzarət etmək
  • Bütün əməliyyatların 1C proqramı vasitəsilə düzgün idarə olunmasına nəzarət etmək
  • Emal zamanı məhsul itkisini (tullantı faizini) izləmək və normadan artıq itkilərin səbəblərini araşdırmaq
  • İstehsal planına uyğun olaraq gündəlik emal həcmini təşkil etmək və iş bölgüsünü aparmaq
  • İşçilərin işə davamiyyətinə, əmək intizamına və iş bölgüsünə nəzarət etmək
  • Sanitariya, gigiyena və qida təhlükəsizliyi qaydalarının (HACCP tələblərinin) icrasını təmin etmək
  • Emal avadanlıqlarının düzgün istifadəsinə nəzarət etmək, yaranan nasazlıqlar barədə vaxtında rəhbərliyi məlumatlandırmaq
  • Hazırlanmış məhsulların çəkisini, keyfiyyətini və qablaşdırılmasını yoxlayaraq təhvil vermək
  • Gündəlik istehsal, tullantı və məhsuldarlıq hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək
  • Xammalın, qablaşdırma materiallarının və digər ehtiyatların səmərəli istifadəsinə nəzarət etmək
  • Soyuducu kameralarda saxlanma temperaturunun və məhsulların yerləşdirilmə qaydalarının müəyyən olunmuş tələblərə uyğunluğunu yoxlamaq
  • FIFO (İlk daxil olan – ilk çıxar) prinsipinin tətbiqinə nəzarət etmək
  • Keyfiyyətsiz və ya istifadəyə yararsız məhsullar aşkar edildikdə dərhal rəhbərliyi məlumatlandırmaq və müvafiq aktların tərtib edilməsini təmin etmək
  • Yeni əməkdaşların iş prosesinə uyğun təlimatlandırılmasını təşkil etmək
  • İstehsalın fasiləsiz aparılması məqsədilə Mərkəzi Anbar, Təchizat, Logistika və Mərkəzi Mətbəx ilə operativ əlaqəni təmin etmək
  • Müəssisə rəhbərliyinin verdiyi digər xidməti tapşırıqları vaxtında və düzgün yerinə yetirmək

Namizədə tələblər:

  • Anbar sahəsində minimum 3 il iş təcrübəsi (meyvə və tərəvəz sahəsində təcrübə üstünlükdür)
  • Meyvə və tərəvəz məhsullarının saxlanma və qəbul qaydalarını bilmək
  • Anbar uçotu və inventarlaşdırma üzrə biliklərə malik olmaq
  • Məsuliyyətli, diqqətli və dəqiq işləmək bacarığı
  • Analitik düşünmə və problem həll etmə bacarığı
  • Komanda ilə işləmək və işçi heyətini koordinasiya etmək bacarığı
  • Güclü ünsiyyət və təşkilatçılıq bacarığı
  • Microsoft Excel və 1C proqram təminatında sərbəst işləmək, məlumatların emalı, uçotu və hesabatların hazırlanması bacarığı

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş rejimi
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
  • İş yeri: TAİS-İKF MMC
  • Ünvan: Nərimanov rayonu

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Anbar nəzarətçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
16 sentyabr 2026
Son tarix
16 oktyabr 2026

Şirkət haqqında

TAİS İKF
İnzibati və dəstək xidmətləri, Təmizlik xidmətləri · Baku

TAİS İKF MMC şirkəti 1994-cü ildən etibarən catering və dəstək xidmətləri (təmizlik, pest control, housekeeping, maintenance və s.) göstərir.

TAİS İKF — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

SwissDent
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Satınalma prosesini idarə edir, bazar araşdırması aparır və ən az 3 il təcrübə tələb olunur.

Market ResearchCustoms ProceduresSupplier Relationship ManagementNegotiation+17
Müraciət etAsan müraciətAsan müraciət
Amotrade MMC
Middle · 1–2 ilBakı
Maaş göstərilməyib

Meyvələrin keyfiyyətini və soyuducu anbarın temperatur rejimini nəzarət edir, qida təhlükəsizliyi bilikləri tələb olunur.

Quality ControlTeamworkReportingTemperature Control+8
Müraciət etAsan müraciətAsan müraciət
Libraff
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Anbarın gündəlik fəaliyyətini idarə edir və məhsulların qəbulu, yerləşdirilməsinə nəzarət edir.

Warehouse ManagementTeam ManagementInventory control1C Software+1
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Anbar nəzarətçisi
Müraciət et