İnventarlaşdırma və itkilərə nəzarət üzrə baş mütəxəssis

Birmarket

Vakansiya haqqında

İnventarlaşdırma proseslərini təşkil edəcək, mal qalıqlarının dəqiqliyinə nəzarət edəcək, stok fərqlərini və itkilərin yaranma səbəblərini araşdıraraq onların qarşısının alınmasını təmin edəcək, komandanın fəaliyyətini koordinasiya edərək anbar əməliyyatlarının səmərəliliyini artıracaq peşəkar İnventarlaşdırma və itkilərə nəzarət üzrə baş mütəxəssis axtarışındayıq.

Namizədə tələblər

  • Ali təhsil (iqtisadiyyat, logistika, maliyyə və ya əlaqəli sahələr üzrə olması üstünlükdür).
  • Anbar, inventarlaşdırma, stoklara nəzarət və ya itkilərin idarə edilməsi sahəsində minimum 2 il iş təcrübəsi.
  • Komanda idarəetməsi və iş proseslərinin koordinasiyası üzrə təcrübə.
  • İnventarlaşdırma metodları, mal qalıqlarının uçotu və stok fərqlərinin araşdırılması üzrə biliklər.
  • MS Excel proqramı ilə işləmək bacarığı; ERP və anbar idarəetmə sistemləri (WMS) üzrə biliklər üstünlükdür.
  • Analitik düşünmə, məlumatların təhlili və problemlərin həlli bacarığı.
  • Diqqətlilik, məsuliyyətlilik və detallara yüksək həssaslıq.
  • Güclü ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarığı.
  • Operativ qərarvermə və vaxtın düzgün idarə edilməsi bacarığı.
  • Nəticəyönümlülük və itkilərin azaldılmasına fokuslanmaq.

Vəzifə öhdəlikləri

  • Anbar və Fulfillment mərkəzində inventarlaşdırma proseslərini təşkil etmək və nəzarətdə saxlamaq.
  • Yüksək dəyərli məhsulların və ümumi mal qalığının dövri inventarlaşdırılmasını təmin etmək.
  • Sistem üzrə və faktiki mal qalıqları arasındakı fərqləri müəyyənləşdirmək və araşdırmaq.
  • Mal çatışmazlığı, artıq qalıq və digər itkilərin yaranma səbəblərini təhlil etmək.
  • Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması və təkrarlanmasının qarşısının alınması üçün tədbirlər hazırlamaq.
  • Mal hərəkətinin, qəbulun, yerləşdirilmənin və təhvil-təslim proseslərinin düzgünlüyünə nəzarət etmək.
  • İnventarlaşdırma nəticələrini təhlil etmək, hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • İtkilərin azaldılması və stok dəqiqliyinin artırılması istiqamətində təkmilləşdirmə tədbirləri həyata keçirmək.
  • Komandanın gündəlik fəaliyyətini təşkil etmək, əməkdaşlar arasında iş bölgüsünü aparmaq və icraya nəzarət etmək.
  • Müvafiq şöbələrlə əməkdaşlıq edərək aşkar edilmiş problemlərin operativ həllini təmin etmək.
  • İnventarlaşdırma və itkilərə nəzarət prosesləri üzrə daxili prosedur və qaydalara əməl olunmasını təmin etmək.

Təklif olunanlar

  • İnkişaf imkanları
  • Rəqabətli əmək haqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Visa Premium əmək haqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət
  • Güzəştli təhsil və işçi krediti

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, 153 Neftchilar ave.
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
22 oktyabr 2026
Son tarix
22 noyabr 2026
Baxış
27

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Anbar operatoru üzrə bazar adətən 650–850 ₼ ödəyir, median — 800 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

4 açıq vakansiya, 11 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Anbar operatoru kimi öz maaşını yoxla

Şirkət haqqında

Birmarket
E-commerce · Bakı
Birmarket — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Anbar operatoru üzrə Bakıda digər açıq elanlar.

supertoys mmc
Mütəxəssis · 2+ ilBakı
700–800₼3 gün qalıb

Mağazalarda inventarizasiyanı aparır, sənədləri yoxlayır və sayım fərqlərini araşdırır.

Inventory ManagementDiscrepancy investigationStock TakingInventory reporting+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Maaş göstərilməyib

Məhsulların sayımını aparır, fərqləri müəyyən edir və hesabat hazırlamaq bacarığı tələb olunur

Data AnalysisTeamworkMicrosoft ExcelAttention to Detail+1
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Sahara Electronics
Mütəxəssis · 3+ ilBakı
1 500–2 000₼

Elektronika və məişət texnikası üzrə məhsul kateqoriyalarını idarə etmək və stok planlaşdırmaq tələb olunur

Supplier CoordinationERP SystemsCategory managementSales analysis+8
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
İnventarlaşdırma və itkilərə nəzarət üzrə baş mütəxəssis
Müraciət et