Vakansiya haqqında
İş rejimi: Növbəli
Post ərazisində bütün manevr işlərini, qatarların qəbul edilməsini və göndərilməsini həyata keçirmək;
Nəzarət cihazlarının göstəriciləri üzrə marşrutların hazırlanmasının düzgünlüyünə pozuntular aşkar edildikdə tədbirlər görmək, nasazlıqları DU-46 formalı kitabında qeydiyyatını apararaq stansiya növbətçisinə bu barədə məlumat vermək;
Stansiya yollarında Texniki sərəncam aktıuyğun olaraq qatarların və vaqonların tormoz başmaqları ilə bərkidilməsi barədə tədbirlər görmək;
Bərk küləkli havada SN-nin göstərişlərini gözləmədən heyətin etibarlı bərkidilməsini yoxlamaq;
Stansiya yolunda dayanan qatar və vaqonların hüdud sütuncuğundan kənara çıxmamasını nəzarətdə saxlamaq;
Manevr heyətinin hərəkətinə qədər göstəriş verməzdən qabaq manevr marşrutunda yoldəyişənlərin vəziyyətinin düzgünlüyünü yoxlamaq;
Siqnal ləvazimatlarının inventarın, alətlərin məxsusluğunu yerində olmasını yoxlamaq;
Post növbətçisini yoldəyişənlərin vəziyyətini, post rayonunda yerləşən hərəkət heyətini və tormoz başmaqlarının bərkitmələri stansiya növbətçisinə (SN) və sairə barədə məlumatlandırmaq.
Şirkət haqqında
Cəmiyyət "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə…
Azərbaycan Dəmir Yolları — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keç