Ticarət mərkəzinin əməliyyatlarını idarə edir və qonaqpərvərlik bacarıqlarına malikdir
Vakansiya haqqında
Əsas vəzifələr
- İnzibati işlər və logistika şöbəsinin fəaliyyətini planlaşdırmaq, iş bölgüsünü həyata keçirmək, əməkdaşların fəaliyyətini koordinasiya etmək və nəticələrə nəzarət etmək;
- Fabrikdaxili şöbələrə inzibati və logistika xidmətlərinin vaxtında və keyfiyyətli göstərilməsini təmin etmək;
- Fabrikin istehsalatdan kənar inzibati ehtiyaclarını müəyyənləşdirmək, satınalma proseslərini koordinasiya etmək və tələb olunan resursların təmin olunmasını təşkil etmək;
- Fabrik ərazisində bina, yol, kommunikasiya və digər infrastruktur obyektlərinin təmir və texniki xidmət işlərini planlaşdırmaq və icrasına nəzarət etmək;
- İşçilər üçün servis, yeməkxana, soyunub-geyinmə otaqları, iş geyimləri, dəftərxana ləvazimatları və digər inzibati xidmətlərin fasiləsiz təşkilini təmin etmək;
- Hazır məhsulların qəbulunu, anbarlaşdırılmasını və müştərilərə və ya distribusiya nöqtələrinə vaxtında göndərilməsini təşkil etmək;
- Anbar ehtiyatlarını izləmək, artıq və ya çatışmayan materialları müəyyən etmək və optimal ehtiyat səviyyəsinin qorunmasını təmin etmək;
- Fabrikdə təmizlik, abadlıq və ümumi iş mühitinin təhlükəsiz, səliqəli və fasiləsiz fəaliyyətini təmin etmək;
- Müştəri şikayətləri və qida təhlükəsizliyi ilə bağlı məsələlərin araşdırılmasında iştirak etmək və düzəldici tədbirlərin həyata keçirilməsini təmin etmək;
- İş Qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00;
- İş yeri: Kürdəmir rayonu
- Nahar şirkət tərəfindən təmin olunur
Tələblər
- Logistika, Təchizat Zəncirinin İdarə Edilməsi, Biznesin İdarə Edilməsi, Sənaye Mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
- İnzibati işlər, logistika, anbar idarəçiliyi və ya təchizat sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 2 il iş təcrübəsi;
- Anbar və logistika proseslərinin idarə olunması, ehtiyatların planlaşdırılması və satınalma prosesləri üzrə biliklər;
- ERP sistemləri (SAP və ya analoji proqramlar) ilə işləmə təcrübəsi üstünlükdür;
- MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmə bacarığı;
- Büdcələşdirmə, xərclərin idarə olunması və hesabatlılıq sahəsində biliklər;
- Güclü analitik düşünmə, planlaşdırma və təşkilatçılıq bacarıqları.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Əməliyyat meneceri üzrə bazar adətən 1 000–2 000 ₼ ödəyir, median — 1 550 ₼.
21 açıq vakansiya, 24 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Əməliyyat meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.
Müraciətin
Bu vakansiya haqqında suallar
Bazar ertəsi–Cümə, 09:00–18:00 saatları arasında işləmək tələb olunur.
İş Kürdəmir rayonunda yerləşir.
Müraciət üçün CV göndərmək tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçİnzibati işlər, logistika və ya təchizat sahəsində minimum 5 il iş təcrübəsi tələb olunur.
Bəli, rəhbər vəzifədə ən azı 2 il iş təcrübəsi tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarƏməliyyat meneceri üzrə Kürdəmirdə digər açıq elanlar.
Mağazaların gündəlik əməliyyatlarına nəzarət edir və pərakəndə satış təcrübəsi tələb olunur
Şirkətin istehsal və əməliyyat fəaliyyətini idarə edən, strateji idarəetmə və liderlik bacarıqları tələb edən vəzifədir
Restoranların əməliyyatlarını idarə edir, satış planlarını yerinə yetirir və liderlik bacarıqları tələb olunur




