Anbar və logistika əməliyyatlarını idarə edir, anbar və logistika sahəsində təcrübə tələb olunur.
Vakansiya haqqında
Hazır məhsulların müştəri sifarişlərinə uyğun şəkildə hazırlanmasına və qablaşdırılmasına nəzarət etmək, qaimələri Clopos sistemində formalaşdırmaq, məhsulları sürücülərə sənədlə təhvil vermək və hazır məhsulun hərəkətinə nəzarət etmək.
Əsas prinsip:
İstehsaldan qəbul → Sifarişə uyğunluq → Qaimə → Təhvil → Qalıq və hesabat
Məsuliyyət
Sifarişdən artıq və ya əskik məhsul çıxmaması.
Qaimələrin düzgün hazırlanması.
Qaimə ilə faktiki məhsulun uyğun olması.
Qaiməsiz məhsul çıxışının qarşısının alınması.
Hazır məhsul qalığının düzgün qeydiyyatı.
Vozvrat və zay məhsulların düzgün qeydiyyatı.
Sürücüyə məhsulun düzgün təhvil verilməsi.
Aşkar edilmiş çatışmazlığın gizlədilmədən rəhbərliyə bildirilməsi.
Şirkətin məhsul və sənədlərinin qorunması.
Əsas iş prinsipi
Heç bir məhsul yoxlanılmadan, qeydiyyata alınmadan və müvafiq sənədləşmə aparılmadan istehsalatdan çıxmamalıdır.
İşçinin məqsədi yalnız qaimə hazırlamaq deyil, hazır məhsulun istehsaldan çıxaraq düzgün müştəriyə çatdırılması prosesində əsas nəzarət nöqtəsi olmaqdır.
Şərtlər:
İş qrafiki: 04:00(gecə)–14:00
Həftənin 6 günü iş
İş yeri: İstehsalat / Bakı ş. Binəqədi r., 8-ci mkr.
Vəzifə öhdəlikləri
- Sifarişlərin yoxlamaq
- Qaimələri çap etmək.
- Qaimələri müştəri və marşrut üzrə ayırmaq.
- Sürücülərə məhsulları təhvil vermək
- İstehsaldan qalan hazır məhsulu müəyyən etmək;
- Gündəlik istehsal planını vremək
Tələblər
Ali təhsil
Müvafiq sahə yəni mühasibatlıq və ya audit üzrə azı 2 illik təcrübə
Clopos proqramı ilə işləməsi arzuolunandır
Şirkət haqqında
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

