Vakansiya haqqında

“Katan Tekstil” MMC peşəkar və nəticəyönümlü komanda üzvünü İstehsalat rəhbəri vəzifəsinə dəvət edir.

Əgər siz tekstil və yüngül sənaye sahəsində geniş təcrübəyə, istehsalat proseslərinin effektiv idarə olunması və böyük komandaları nəticə yönümlü şəkildə idarə etmək bacarığına sahibsinizsə, bu vakansiya sizin üçün uyğun fürsət ola bilər.

Namizədə dair tələblər:

  • Ali texniki təhsil;
  • Tekstil və ya yüngül sənaye istehsalat sahəsində minimum 5 il iş təcrübəsi;
  • İstehsalat rəhbəri, istehsalat rəisi, konveyer ustası, istehsalat üzrə menecer və ya oxşar vəzifədə minimum 3 il rəhbər iş təcrübəsi;
  • Konveyer əsaslı tikiş prosesi ilə işləyən müəssisədə birbaşa sahə təcrübəsi üstünlükdür;
  • Böyük istehsalat komandalarının idarə olunması və nəticə əsaslı fəaliyyətin təşkili bacarığı;
  • İstehsalatın planlaşdırılması və iş proseslərinin effektiv koordinasiyası;
  • Keyfiyyət standartlarına və istehsalat proseslərinə nəzarət;
  • Operativ qərarvermə, analitik düşüncə və güclü liderlik bacarığı.

Vəzifə öhdəlikləri:

  • İstehsalat proseslərinin planlaşdırılması, təşkili və idarə edilməsi;
  • İstehsalat xəttinin balanslaşdırılması və iş bölgüsünün effektiv təşkili;
  • Xammal dövriyyəsinə və istehsal proseslərinin ardıcıllığına nəzarət;
  • Məhsul keyfiyyətinin təmin edilməsi və keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi;
  • İstehsalat avadanlıqlarının dayanıqlığının və fasiləsiz işinin təmin olunmasına nəzarət;
  • İstehsalat xərclərinin optimallaşdırılması və səmərəliliyin artırılması;
  • Əmək təhlükəsizliyi və texniki qaydalara riayət olunmasının təmin edilməsi;
  • İstehsalat komandası ilə effektiv işin qurulması və nəticələrin monitorinqi.

Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir.

Müraciət etmək istəyən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Karyeranızı təcrübənizə dəyər verən peşəkar mühitdə davam etdirin!

Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
27 avqust 2026
Son tarix
27 sentyabr 2026

Şirkət haqqında

Azera Holding
Investment Management · Baku
Azera Holding — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

"Vəliev" MMC
ManagerSumqayıt
Maaş göstərilməyib

İstehsalat proseslərini idarə edir və planlaşdırma bacarığı tələb olunur.

Team ManagementQuality ControlReportingERP Software+9
Müraciət etAsan müraciətAsan müraciət
SwissDent
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Satınalma prosesini idarə edir, bazar araşdırması aparır və ən az 3 il təcrübə tələb olunur.

Market ResearchCustoms ProceduresSupplier Relationship ManagementNegotiation+17
Müraciət etAsan müraciətAsan müraciət
AAC MMC
Senior · 3+ ilBakı
Maaş göstərilməyib

İstehsal proseslərinin texnoloji idarə edilməsinə rəhbərlik edir və istehsalat təcrübəsi tələb olunur.

Technical DocumentationQuality ControlTeam ManagementProduction Process Management+5
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
İstehsalat rəhbəri
Müraciət et