Vakansiya haqqında

Təsvir

İstehsalat və Texnologiya tərəfi:

  • İstehsalat təcrübəsi ilə nəzarət: Qastronom kateqoriyasındakı (əsasən sosiska, bişmiş kolbasa, hisə verilmiş kolbasa, yarımhisə verilmiş kolbasa, vetçina və digər ət məhsulları) məhsulların istehsalat sahələrini, zavod daxili xətləri və texnologiyasını dərindən bilməklə, tərəfdaş fabriklərin istehsal prosesinə peşəkar nəzarət etmək.
  • Reseptura və Xammal daxilolması: Məhsulların ət xammalının növlərini, yağ və zülal nisbətini, ət emulsiyasının hazırlanmasını, funksional və texnoloji əlavələri, ədviyyatları və formulunu (resepturasını) mükəmməl bilmək, fabrikin təqdim etdiyi keyfiyyətin standartlara uyğunluğunu (dad, qoxu, rəng, konsistensiya, tekstura və s.) texnoloji cəhətdən yoxlamaq.
  • Xammal auditi: Ət xammalı, yağ, ədviyyatlar, funksional əlavələr və digər xammal növlərini, onların keyfiyyət göstəricilərini və bazar qiymətlərini təhlil edərək istehsalçı ilə texniki kommunikasiya qurmaq və xammalın və ya resepturanın dəyişdirilməsi nəticəsində yarana biləcək gizli keyfiyyət azalması risklərinin qarşısını almaq.

Satınalma və Kommersiya tərəfi:

  • Strateji satınalma: Qastronom kateqoriyası üzrə, əsasən sosiska və kolbasa məhsulları üzrə satınalma strategiyasını qurmaq, kommersiya baxımından şirkətə ən yuxarı gəlirliliyi (marjanı) təmin etmək.
  • Müqavilə və Qiymət danışıqları: İstehsalçı fabriklərlə qiymət, ödəniş şərtləri, minimum sifariş həcmi, logistika, soyuq zəncir və tədarük zənciri müqavilələrini ən optimal kommersiya şərtləri ilə bağlamaq.
  • Maya dəyərinin (Cost) idarə edilməsi: Ət və digər xammal, qablaşdırma, istehsal, logistika və soyuq zəncir xərclərini təhlil edərək əsaslandırılmış və optimal maya dəyərini formalaşdırmaq.

İş qrafiki: 5 gün, 09:00-18:00

Tələblər

  • Təhsil: Ali təhsil (Qida mühəndisliyi, Qida texnologiyası, Ət və ət məhsullarının texnologiyası)
  • Təcrübə: Ət və ət məhsulları, qastronom və ya FMCG sahəsində birbaşa istehsalatda/ət emalı zavodunda texnoloq, istehsalat və ya keyfiyyət üzrə minimum 5 il, 2 il rəhbər vəzifədə olmaqla iş təcrübəsi,
  • Sektor və Bazar Biliyi: Həm ət və ət məhsullarının istehsalat və texnoloji qaydalarını, həm də pərakəndə sektorunun müştəri tələbi, məhsul portfeli və satınalma proseslərini eyni dərəcədə yaxşı bilmək.
  • Ət xammalı üzrə bilik: Ət xammalının növləri, yağ və zülal göstəriciləri, ət emulsiyasının hazırlanması, qiymə kütləsinin texnoloji emalı, istilik emalı, soyutma və qablaşdırma prosesləri haqqında praktiki biliklərə malik olmaq.
  • Keyfiyyət və qida təhlükəsizliyi: Ət məhsullarında mikrobioloji risklər, BRCGS, FSSC 22000, ISO 22000, HACCP prinsipləri, sanitariya-gigiyena tələbləri, soyuq zəncir və məhsulun fiziki-kimyəvi və orqanoleptik göstəriciləri üzrə praktiki biliklərə malik olmaq.
  • Təchizatçı təcrübəsi: Yerli və xarici ət məhsulları istehsalçıları və təchizatçılarla işləmə, fabrik auditləri və məhsul keyfiyyətinin qiymətləndirilməsi üzrə təcrübəyə malik olmaq.
  • Dil Bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və ya Rus dili (mütləqdir).
  • Şəxsi keyfiyyətlər: Strateji düşünmə və planlaşdırma,liderlik və komanda idarəetmə bacarığı, analitik düşüncə və qərarvermə

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Nəqliyyat xidməti
  • Karyera yüksəlişi

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Huseyn Javid ave. 202, Blok D
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
15 noyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
15 dekabr 2026
Baxış
223

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. İstehsalat rəhbəri üzrə bazar adətən 1 100–2 000 ₼ ödəyir, median — 1 750 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

20 açıq vakansiya, 11 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

İstehsalat rəhbəri kimi öz maaşını yoxla

Şirkət haqqında

OBA Marketlər şəbəkəsi
Retail · 5,001-10,000 · Bakı
OBA Marketlər şəbəkəsi — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş həftədə 5 gün, saat 09:00-dan 18:00-dəkdir.

İş yeri Bakı şəhərindədir.

Ali təhsil (Qida mühəndisliyi, Qida texnologiyası, Ət və ət məhsullarının texnologiyası) tələb olunur.

Ət və ət məhsulları sahəsində minimum 5 il, 2 il rəhbər vəzifədə iş təcrübəsi tələb olunur.

Azərbaycan dili mükəmməl, İngilis və ya Rus dili mütləqdir.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

İstehsalat rəhbəri üzrə Bakıda digər açıq elanlar.

AN Production
RəhbərBakı
1 800–2 000₼

İstehsalat sifarişlərinin icrasını təmin edir və layihə planlaşdırılması bacarığı tələb olunur.

Project ManagementTechnical Drawing InterpretationCost ControlQuality Control+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Seylab
RəhbərBakı
1 000–1 200₼

İçməli su istehsalı prosesini idarə edir və su təmizləmə sistemləri üzrə bilik tələb edir.

Team ManagementProduction ManagementTroubleshootingSanitation Compliance+1
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Qastronomiya üzrə istehsalat və satınalma müdiri
Müraciət et