Ofisin inzibati işlərini idarə edir, HR proseslərini və sənədləşməni təşkil edir.
Vakansiya haqqında
İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi
Namizədə aid tələblər:
- Ali təhsilli olması;
- Müvafiq vəzifədə 3 ildən az olmayaraq iş təcrübəsi;
- Səlis azərbaycan dili bilikləri;
- Komandada işləmək bacarığı;
- Yüksək müşahidə qabiliyyəti, diqqətlilik və məsuliyyətlilik;
- Nəqliyyat vasitələrinin hərəkətinin monitorinqi və nəzarəti üzrə bacarıqlar;
- Operativ qərarvermə və problem həll etmə bacarığının olması;
- Dinamik iş mühitində işləmə bacarığının olması;
- Sürücülərlə və digər struktur bölmələrlə effektiv kommunikasiya qurmaq bacarığının olması;
- AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır.
Əsas vəzifə öhdəlikləri:
- Sürücülərin gündəlik iş qrafiklərinin və marşrutlarının planlaşdırılması və koordinasiya edilməsi;
- Sürücülərin işə gəliş-gedişinə, davamiyyətinə, intizam qaydalarına və iş rejiminə nəzarət edilməsi;
- Marşrutların icrasının izlənilməsi, gecikmələrin səbəblərinin araşdırılması və yaranan problemlərin operativ şəkildə həll edilməsi;
- Məhsul və yüklərin çatdırılma prosesinin fasiləsiz və vaxtında həyata keçirilməsinə nəzarət edilməsi;
- Çatdırılma prosesində yaranan operativ problemlərin müəyyənləşdirilməsi və aidiyyəti struktur bölmələrlə koordinasiya edilərək vaxtında həll edilməsi;
- Restoranlarla mütəmadi əlaqə saxlanılması, məhsul və yüklərin çatdırılma qrafiklərinin həftəlik və aylıq əsasda planlaşdırılması və koordinasiya edilməsi;
- Filiallar, anbar və logistika komandası ilə operativ koordinasiyanın təmin edilməsi;
- Nəqliyyat vasitələrinin səmərəli istifadəsinin və marşrutların optimallaşdırılmasının təmin edilməsi;
- Yol vərəqələri, təhvil-təslim aktları və digər nəqliyyat sənədlərinin düzgün və vaxtında rəsmiləşdirilməsinə nəzarət edilməsi;
- Sürücülərin təhlükəsizlik qaydalarına, yol hərəkəti qaydalarına və şirkətin daxili prosedurlarına riayət etməsinin təmin edilməsi;
- Nəqliyyat vasitələrinin texniki vəziyyəti ilə bağlı aşkar edilmiş nasazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, nəqliyyat vasitələrinin servisə yönləndirilməsi və təmir prosesinə nəzarət edilməsi;
- GPS monitorinq sistemi vasitəsilə nəqliyyat vasitələrinin hərəkətinə nəzarət edilməsi;
- Kamera və sensorlar vasitəsilə həyata keçirilən nəzarətin izlənilməsi, yaranan problemlərin araşdırılması və müvafiq hesabatların hazırlanması;
- Nəqliyyat vasitələri üzrə təkrarlanan pozuntuların təhlil edilməsi, onların qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi və rəhbərliyə hesabat təqdim edilməsi;
- Gündəlik və aylıq fəaliyyət üzrə hesabatların hazırlanması və təqdim edilməsi.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv;
- İş rejimi - 6 günlük.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Nəqliyyat koordinatoru” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
11 sentyabr 2026
Dillər
Azerbaijani
Son tarix
11 oktyabr 2026
Şirkət haqqında
GFC MMC
Restaurants · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
800–1 000₼
Müraciət etAsan müraciətAsan müraciət
800–1 000₼
Ofisin inzibati işlərini idarə edir, HR və recruiter funksiyalarını yerinə yetirir.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Daxili nəzarət və inventarizasiya üzrə hesabatlar hazırlayır, analitik düşünmə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Təsərrüfat fəaliyyətini idarə edir, departamentə rəhbərlik edir və ən azı 5 il təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət




