Vakansiya haqqında
AAC MMC (Gobustone)-dən vakansiya: Anbardar tələb olunur
Vəzifə öhdəlikləri:
- Növbə ərzində istehsalatdan çıxan hazır məhsulların qəbulunu həyata keçirmək və müvafiq aktları tərtib etmək;
- Qəbul edilmiş məhsulların düzgün şəkildə stoklanmasını təşkil etmək və baş anbardarı məlumatlandırmaq;
- Sifarişlərə uyğun hazır məhsulların yüklənməsini təşkil etmək;
- Yüklənən məhsulların adı, miqdarı və sifarişə uyğunluğunu yoxlamaq;
- Növbə ərzində görülən işlər və məhsul hərəkəti üzrə qeydiyyat aparmaq;
- Növbə sonunda anbar üzrə təhvil-təslim prosesini həyata keçirmək;
- İstehsalat növbə rəisi ilə birlikdə təhvil-təslim aktını hazırlamaq və baş anbardara təqdim etmək;
- Avtokar operatorlarının fəaliyyətinə nəzarət etmək;
- Hazır məhsul, xammal və mal-materialların düzgün yerləşdirilməsini, qorunmasını və saxlanmasını təmin etmək;
-Anbar sahəsindən səmərəli istifadəni təmin etmək;
- Anbarda təhlükəsizlik, intizam və əməyin mühafizəsi qaydalarına riayət etmək.
Namizədlərə tələblər:
- Təhsil: Orta
- İş təcrübəsi: Anbar sahəsində ən azı 1 il iş təcrübəsi
- Cins: Bəy namizədlər
- Yaş həddi: 25–40 arası namizədlər
- MS Office (Excell, Word,Uyumsoft) kompüter proqramlarını bilmək;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
- Azərbaycan dilini mükəmməl bilmək;
- Rus dili biliyi arzuolunandır.
İş şərtləri:
- İş qrafiki: Növbəli iş rejimi, o cümlədən gecə növbəsi
- İş yeri: Səngəçal
- Nahar və Servis şirkət tərəfindən təmin olunur
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 700-800 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Vakansiyalara necə müraciət etmək olar?
Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır
Tələbələr üçün iş elanları mövcuddur?
Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox
Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?
İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur
İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?
Vakansiya necə yerləşdirmək olar?
Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır
5/5 - (1 səs)
