Anbara daxil olan və çıxan məhsulların qəbulunu, yerləşdirilməsini və inventarizasiyasını idarə etmək.
Vakansiya haqqında
Tikinti sektorunda sənədləşmə və anbar uçotu üzrə təcrübəyə malik, məsuliyyətli, diqqət və analitik düşüncə tərzinə sahib, MS Office üzrə yaxşı bilklərə malik Anbardar axtarırıq.
Əsas vəzifələr
- Anbara daxil olan və çıxan malların sənədləşdirilməsi və uçotunun aparılması;
- Qaimələrin, təhvil-təslim aktlarının və digər anbar sənədlərinin hazırlanması, yoxlanılması və arxivləşdirilməsi;
- Anbar qalıqlarına nəzarət və mütəmadi hesabatların hazırlanması;
- 1C, ERP və ya digər uçot sistemlərində əməliyyatların düzgün və vaxtında icra edilməsi;
- İnventarizasiya prosesində iştirak və uyğunsuzluqların araşdırılması;
- Satınalma, logistika və maliyyə şöbələri ilə koordinasiyalı işləyərək sənəd dövriyyəsinin düzgün aparılmasının təmin edilməsi.
Namizədə tələblər
- Tikinti sahəsində anbardar kimi iş təcrübəsi mütləqdir;
- Tikinti materialları haqqında biliklərə malik olmaq;
- Anbar uçotu və sənədləşmə işlərini bilmək;
- 1C, ERP və ya digər anbar idarəetmə proqramları ilə işləmək bacarığı (üstünlükdür);
- MS Excel üzrə yaxşı biliklər;
- Diqqətlilik, məsuliyyətlilik və yüksək təşkilatçılıq bacarığı.
İş şəraiti
- İş yeri: Babək prospekti, Əlişir Nəvai küçəsi 11
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: 1000 - 1500 AZN (net)
Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində "Anbardar" qeyd etməklə göndərin.
Yalnız tələblərə uyğun seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Anbardar üzrə bazar adətən 600–800 ₼ ödəyir, median — 700 ₼.
61 açıq vakansiya, 61 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Anbardar kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Babək prospekti, Əlişir Nəvai küçəsi 11 ünvanındadır.
İş həftədə 6 gün işlənir.
Əmək haqqı 1000 - 1500 ₼ (net) aralığındadır.
Namizəd 1C, ERP və ya digər anbar idarəetmə proqramları ilə işləməyi bilməlidir.
CV göndərilməlidir, mövzu hissəsində "Anbardar" qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarAnbardar üzrə Bakıda digər açıq elanlar.
Malların anbara qəbulunu, yerləşdirilməsini və inventarizasiyasını aparmaq üçün 1-3 il təcrübə tələb olunur
Anbarda ehtiyatların qəbulunu, saxlanmasını və verilməsini idarə etmək üçün 1 ildən çox təcrübə tələb olunur
Anbar əməliyyatlarını idarə edir, malların qəbulu və saxlanmasını təmin edir, 3 il təcrübə tələb olunur



