Müştərilərin müraciətlərini qəbul edir, sifarişləri idarə edir və 1C proqramını bilir.
Vakansiya haqqında
Business Insight şirkətinin Müştəri Loyallığı Departamentinin Müştəri xidmətləri üzrə 2 aylıq müddət üçün müvəqqəti "Operator" tələb olunur.
Tələblər:
- Yalnız xanım namizədlər;
- Operator vəzifəsində minimum 1 il iş təcrübəsi;
- Kompüterdən istifadə bacarığı;
- Yüksək kommunikasiya və səlis danışıq qabiliyyəti;
- Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Loyallıq proqramına yeni müraciət edən şəxslərin üzvlüyə qəbul edilməsi və məlumatlarının bazaya daxil edilməsi;
- Daxil olan zəng və mesajların Excel faylında (və ya müvafiq bazada) qeydiyyatının aparılması;
- Proqram üzvlərinə xatırlatma mesajlarının göndərilməsi;
- Qaynar xəttə daxil olan zəng və mesajların cavablandırılması;
- Bonus, kampaniya və müsabiqələr barədə proqram üzvlərinə məlumat verilməsi;
- Üzvlərdən daxil olan şikayət və təkliflərin qeydə alınması;
- Şikayət və təkliflərin aidiyyəti üzrə menecerə yönləndirilməsi;
- Rəhbərliyə gündəlik hesabatların təqdim edilməsi.
İş şəraiti:
- Müvəqqəti iş (2 aylıq);
- İş qrafiki: Həftədə 6 iş günü; Bazar ertəsi – Cümə: 09:00 – 18:00
- Şənbə: 10:00 – 17:00
- Əmək haqqı: Gündəlik 20 AZN.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Operator” başlığı altında göndərə bilərlər.
Şirkət haqqında
Business Insight International Research GROUP (Bundan sonra Business Insight) Azərbaycanda “PROCON GFK” adı altında xarici sərmayəli şirkət kimi 1998-ci ildə təsis edilmişdir.
Business Insight International Research Group — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Müştərilərə məhsul və xidmətlər üzrə məsləhət verir, 1-3 il müştəri xidməti təcrübəsi tələb olunur.
Müştərilərin zənglərini qəbul edir, suallarını cavablandırır və müştəri məmnuniyyətini təmin edir.
Müştərilərin zənglərini qəbul edir, suallarını cavablandırır və müştəri xidmətini təmin edir.



