Direktorun rəsmi sənədlərini hazırlayır, görüşləri təşkil edir və sənədləşməni idarə edir.
Vakansiya haqqında
İşin qısa təsviri
- Şirkət rəhbərliyinin iştirakı ilə keçirilən rəsmi görüş, qəbul, səfər və tədbirlərin protokol və işgüzar etiket qaydalarına uyğun təşkilini və protokol təminatını həyata keçirmək.
Əsas vəzifə və öhdəliklər:
- Rəhbərliyin iştirakı ilə keçirilən rəsmi görüş, qəbul, iclas və tədbirlərin protokol təminatını təşkil etmək;
- Yerli və xarici qonaqların qarşılanması, müşayiəti və yola salınmasını protokol qaydalarına uyğun həyata keçirmək;
- Görüş və tədbirlər üzrə proqram, iştirakçı siyahısı, gündəlik, oturma planı və digər protokol sənədlərini hazırlamaq;
- Rəhbərliyin ölkədaxili və xarici səfərlərinin, ezamiyyətlərinin və rəsmi tədbirlərdə iştirakının təşkilində protokol dəstəyi göstərmək;
- Qonaqların nəqliyyat, yerləşmə və digər təşkilati-logistik məsələlərini əlaqələndirmək;
- Rəsmi sənədlərin, memorandum və müqavilələrin imzalanması mərasimlərinin təşkilində iştirak etmək;
- Dəvət, təbrik, təşəkkür, başsağlığı və digər rəsmi yazışmaları hazırlamaq;
- Protokol və korporativ hədiyyələrin seçilməsi, hazırlanması və təqdim olunmasını əlaqələndirmək;
- Struktur bölmələrinə protokol və işgüzar etiket qaydalarının tətbiqi üzrə dəstək göstərmək.
Tələblər
- Ali təhsil; beynəlxalq münasibətlər, dövlət idarəetməsi, xarici dillər və əlaqəli ixtisaslara üstünlük verilir;
- Protokol, beynəlxalq əlaqələr, tədbirlərin təşkili, inzibati idarəetmə və ya əlaqəli sahələrdə minimum 2 il iş təcrübəsi;
- Rəhbər şəxslərin iştirakı ilə rəsmi görüş və tədbirlərin təşkilində təcrübə üstünlükdür;
- Diplomatik və korporativ protokol, işgüzar etiket və rəsmi ünsiyyət qaydaları üzrə biliklər;
- Rəsmi və işgüzar yazışmaların hazırlanması bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan, ingilis və rus dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Yüksək təşkilatçılıq, koordinasiya və təqdimat bacarıqları;
- Detallara diqqət, operativlik, məsuliyyətlilik və diplomatik ünsiyyət tərzi;
- Ezamiyyətlərə və zərurət yarandıqda qeyri-standart iş rejimində çalışmağa hazırlıq.
Biz nə təklif edirik?
- Peşəkar və dinamik iş mühiti;
- Rəhbərlik səviyyəsində rəsmi görüş və tədbirlərlə işləmək imkanı;
- Karyera və peşəkar inkişaf imkanları;
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Rəqabətli əmək haqqı;
- Korporativ nömrə
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Şirkət haqqında
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən 2001-ci ildə qoyulan Baku Steel Company(BSC) yarandığı gündən, yeniliyi, keyfiyyəti əsas tutaraq istehsalatını daim artıraraq dünya bazarında rəqabətini qoruyur.
Baku Steel Company CJSC — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Məhsul portfelini idarə edir və marketinq üzrə təcrübəsi olan məhsul meneceri axtarılır.
Satınalma prosesini idarə edir, bazar araşdırması aparır və ən az 3 il təcrübə tələb olunur.
Filialın inzibati işlərini idarə edir və ən azı 3 il təcrübə tələb olunur.




