Vakansiya haqqında

Əsas vəzifə və öhdəliklər

İdman zalına gələn üzvləri və qonaqları gülərüzlə qarşılamaq və qeydiyyat prosesini həyata keçirmək;

Müştərilərə üzvlük paketləri, xidmətlər, kampaniyalar və qiymətlərlə bağlı ətraflı məlumat vermək;

Yeni üzvlərin qeydiyyatını aparmaq, müqavilə və digər sənədləşmə prosesini icra etmək;

Telefon zənglərini, WhatsApp və sosial media üzərindən daxil olan müraciətləri cavablandırmaq və müvafiq məlumat təqdim etmək;

Mövcud üzvlərin müraciətlərini qəbul etmək və operativ şəkildə həllinə dəstək olmaq;

Abunəlik müddətlərini izləmək, vaxtı bitmək üzrə olan üzvlərlə əlaqə saxlamaq və yenilənmə prosesini təşkil etmək;

Gündəlik kassa əməliyyatlarını və ödənişlərin qəbulunu həyata keçirmək;

Müştəri bazasını və CRM sistemini aktual saxlamaq;

Rəhbərlik tərəfindən tələb olunan gündəlik, həftəlik və aylıq hesabatları hazırlamaq;

Resepşn və gözləmə sahəsinin səliqəli və nizamlı saxlanılmasına nəzarət etmək;

Klubun daxili qaydalarına, xidmət standartlarına və etik davranış prinsiplərinə riayət etmək.

Tələblər

Orta ixtisas və ya ali təhsil;

Müştəri xidməti, resepsiyon, satış və ya inzibati sahədə iş təcrübəsi üstünlükdür;

Azərbaycan dili – sərbəst; Rus bilikləri üstünlük hesab olunur;

MS Office proqramları ilə işləmək bacarığı;

CRM sistemləri ilə işləmək bacarığı üstünlükdür.

İş şəraiti

İş rejimi: Növbəli (idman zalının iş saatlarına uyğun gündüz/axşam növbələri, uyğun olaraq dəqiqləşdirilə bilər)

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Yerləşmə
Bakı
Məşğulluq
Tam ştat
Əməkhaqqı
500 ₼
Yerləşdirilib
24 avqust 2026
Son tarix
2 oktyabr 2026

Şirkət haqqında

Atom Idman Kulubu
Wellness and Fitness Services · 2-10 · Baku

Your Center for Strength and Fitness.

Atom Idman Kulubu — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

500 ₼
Reseptionist
Müraciət et