Təchizat və satınalma proseslərini idarə edir, ticarət danışıqlarında təcrübə tələb olunur.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- İT avadanlıqları, proqram təminatları, lisenziyalar və digər İT məhsullarının satınalmasının həyata keçirilməsi;
- Ən uyğun qiymət və şərtlərin əldə olunması məqsədilə danışıqların aparılması;
- İT sahəsi üzrə vendorların, istehsalçıların araşdırılması və qiymətləndirilməsi;
- Mövcud İT vendorları ilə əməkdaşlıq və yeni vendorların müəyyən edilməsi;
- Vendorlardan kommersiya təkliflərinin alınması, qiymət və şərtlərin müqayisə edilməsi;
- Satınalma üzrə danışıqların aparılması və optimal kommersiya şərtlərinin əldə edilməsi;
- Texniki spesifikasiyalara uyğun məhsul və xidmətlərin bazar araşdırmasının aparılması;
- Satınalma sifarişlərinin, müqavilələrin və digər sənədlərin düzgün rəsmiləşdirilməsi və arxivləşdirilməsinin həyata keçirilməsi;
- Təchizatçıların qiymət, keyfiyyət, çatdırılma müddəti və texniki dəstək baxımından qiymətləndirilməsi.
Namizədə tələblər
- Korporativ mühitdə iş təcrübəsi;
- Satınalma sahəsində xüsusilə, İT avadanlıqlarının satınalması üzrə minimum 1 il iş təcrübəsi;
- MS Office proqramlarında (xüsusən Excel) sərbəst işləmə bacarığı;
- Analitik düşünmə və müqayisəli təhlil bacarığı;
- Effektiv kommunikasiya bacarığı;
- Dil biliyi: İngilis dili və Rus dili biliyi;
Biz sizə nə təklif edirik?
- Şirkət tərəfindən təmin olunan nahar;
- Könüllü Tibbi Sığorta;
- Dinamik və peşəkar iş mühiti;
- Komanda quruculuğu və korporativ tədbirlər;
Qrafik: Saat 09:00-18:00 olmaqla, 5günlük iş qrafiki.
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Simurq Plaza.
Maraqlanan şəxslər CV-lərini PDF formasında, mövzu hissəsində “İT Satınalma üzrə Mütəxəssis” qeyd etməklə, pdf şəklində Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.
Şirkət haqqında
“İnnovativ Layihələr Mərkəzi” MMC 2016-cı ildə təsis edilmişdir. Cəmiyyət informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən aparıcı istehsalçıların avadanlıqları və proqram təminatlarının təchizatçısıdır.
İnnovativ Layihələr Mərkəzi — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Ofisin inzibati işlərini idarə edir, HR proseslərini və sənədləşməni təşkil edir.
Təchizat əməliyyatlarını idarə edir və 1C proqramında sənədləri hazırlayır, MS Excel bacarığı tələb olunur.
Ofisin inzibati işlərini idarə edir, HR və recruiter funksiyalarını yerinə yetirir.




