Satınalma prosesini idarə edir və təchizatçı seçimi, danışıqlar aparmaq bacarığı tələb olunur.
Vakansiya haqqında
İş yeri: Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)
Vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununa və digər müvafiq normativ hüquqi aktlara uyğun olaraq dövlət satınalmalarının təşkili və həyata keçirilməsi prosesində iştirak etmək;
- İllik satınalma planının hazırlanması üçün struktur bölmələrdən daxil olan mal, iş və xidmətlərə dair tələbatların toplanmasında, sistemləşdirilməsində və təhlilində iştirak etmək;
- Satınalma prosedurları üzrə elanların, şərtlər toplusunun, texniki tapşırıqların və digər zəruri sənədlərin hazırlanmasında iştirak etmək;
- Satınalma predmetlərinin ehtimal olunan qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə bazar araşdırmalarının aparılmasında, qiymət təkliflərinin toplanmasında və müqayisəli təhlilində iştirak etmək;
- Dövlət satınalmalarının vahid internet portalı (www.etender.gov.az) vasitəsilə satınalma prosedurları üzrə sənədlərin yerləşdirilməsi, məlumatların daxil edilməsi və müvafiq əməliyyatların həyata keçirilməsini təmin etmək;
- Satınalma prosedurlarında iştirak edən təchizatçıların təqdim etdikləri sənədlərin tamlığını, düzgünlüyünü və qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluğunu ilkin qaydada yoxlamaq;
- Satınalma komissiyasının fəaliyyəti ilə bağlı sənədlərin, iclas protokollarının və digər materialların hazırlanmasında və rəsmiləşdirilməsində iştirak etmək;
- Satınalma prosedurları üzrə daxil olan sorğuların qeydə alınmasını və aidiyyəti struktur bölmələrlə əlaqələndirilməklə cavablandırılması üçün zəruri məlumatların hazırlanmasını təmin etmək;
- Satınalma prosedurlarının nəticələri üzrə müqavilə layihələrinin hazırlanmasında, razılaşdırılmasında və müqavilələrin icrasına dair məlumatların toplanmasında iştirak etmək;
- Satınalma proseslərində şəffaflıq, rəqabətlilik, obyektivlik, səmərəlilik və məxfilik prinsiplərinə riayət etmək;
- Fəaliyyət istiqamətinə uyğun olaraq şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər:
- Ali təhsil (iqtisadiyyat, maliyyə, idarəetmə, hüquq və digər müvafiq ixtisaslar üzrə təhsilə üstünlük verilir);
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununu və müvafiq normativ hüquqi aktları bilmək;
- Dövlət satınalmalarının vahid internet portalında sərbəst işləmək bacarığı;
- Rəqəmsal Dövlət Maliyyəsi İnformasiya Sisteminin “E-Müqavilə” altsistemində sərbəst işləmək bacarığı.
Təklif olunur:
- Stabil əmək haqqı (müsahibə əsasında, 1500-2000 AZN);
- Peşəkar inkişaf;
- Dövlət layihələrində iştirak etmək imkanı.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan dilində olan CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” yazmaqla göndərə bilərlər. Seçim müsahibə yolu ilə aparılır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Satınalma mütəxəssisi üzrə bazar adətən 850–2 000 ₼ ödəyir, median — 1 200 ₼.
78 açıq vakansiya, 55 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satınalma mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş Bakıda yerləşir.
Ən azı 2 il iş təcrübəsi tələb olunur.
1500-2000 manat arasında dəyişir.
Azərbaycan dilində CV göndərilməlidir, mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” yazılmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatınalma mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Malların və xidmətlərin satınalmasını idarə edir, 3 ildən çox təcrübə və MS Office bacarığı tələb olunur
Satınalma prosesini idarə edir, vendor seçir və texniki tələbləri analiz edir, minimum 3 il təcrübə tələb olunur
Təchizat proseslərini idarə edir, satınalma və idxal üzrə ən azı 2 il təcrübəsi var.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





