Malların və xidmətlərin satınalmasını idarə edir, 3 ildən çox təcrübə və MS Office bacarığı tələb olunur
Vakansiya haqqında
Tələblər
Xarici satınalma və təchizat sahəsində təcrübə (texniki bilik, avadanlıq, elektrik və elektronik malların və onların ehtiyyat hissələrinin alışı təcrübəsi, beynəlxalq ticarətin əsasları bilməyi şərtdir);
İngilis və Rus dillərində yüksək yazı və danışıq bacarığı;
İşgüzar etik qaydalar, punktuallıq və vaxtdan düzgün istifadə bacarığı;
MS Office proqram biliklərin olması;
Bazarı təhlil etmək bacarığı;
Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;
Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları.
Vəzifə öhdəlikləri
Təchizatçılar ilə əlaqələrin qurulması;
Satınalma sənədlərinin hazırlanması;
Satınalma müqavilələrinin hazırlanması;
Logistikanın təşkil olunması və izlənməsi;
Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
Ölkə xaricindən satın alınan malların sifarişlərinin yerləşdirilməsi, yüklənməsi və ölkəyə çatdırılmasının təşkil olunması;
Xarici bazar təkliflərinin müqayisəsi;
Xarici və daxili ezamiyyətlərə getməyə hazır olmaq;
Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq;
Geri qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının icrasını həyata keçirmək;
Satınalma müqavilələrini hazırlamaq, aidiyyəti strukturlarla müzakirələr apararaq yekun təsdiq olunmuş forma əsasında tədarükçülərlə müqavilə bağlamaq;
Sifarişin qiymətini, təslimat müddətini, çatdırılma şərtlərini aldıqdan sonra qiymət araşdırması nəticəsində sifariş məlumatlarını hazırlamaq və rəhbərinə təqdim etmək
Razılaşdırılmış sifarişi müvafiq strukturlara və tədarükçüyə göndərmək
Sifariş verilən malın spesifikasiyasına uyğun olaraq fakturanın göndərilməsini tələb etmək, göndərilmiş fakturanı yoxlamaq, alt sənədlərlə birlikdə təsdiq üçün rəhbərinə təqdim etmək, təsdiq aldıqdan sonra ödəmə olunması üçün mühasibatlığa ötürmək;
Ödəniş olunduqdan sonra ödəmə barəsində məlumatı tədarükçüyə göndərmək və yükləmə barədə bütün məlumatları almaq, sifarişlərin müqavilə şərtlərinə uyğun göndərilməsini nəzarətdə saxlamaq;
Göndərməni gecikdirən tədarükçülərdən gecikmənin səbəblərini öyrənmək, rəhbərinə məlumat vermək və müvafiq göstərişə əsasən addımlar atmaq.
Xanım namizədlər
Ünvan - Binə bazarı
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satınalma mütəxəssisi üzrə bazar adətən 850–2 000 ₼ ödəyir, median — 1 200 ₼.
78 açıq vakansiya, 55 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satınalma mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
1997-ciildə təsis edilmiş Coshgun Uniform MMC fərdi mühafizə vasitələrinin, işçi paltarlarının və peşə geyimlərinin istehsalını və satışını həyata keçirir.
Müraciətin
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatınalma mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
İdxal-ixrac əməliyyatlarını idarə etmək və sənədləşmə proseslərini tənzimləmək üçün təcrübəli menecer.
Təchizat proseslərini idarə edir, satınalma və idxal üzrə ən azı 2 il təcrübəsi var.
Əczaçılıq sahəsində satınalma proseslərini idarə edir və 5 ildən çox təcrübəyə malikdir.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur



