Əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində yoxlamalar aparır və hesabatlar hazırlayır, minimum 3 il təcrübə tələb olunur.
Vakansiya haqqında
“ATA PACK” MMC “SƏTƏMM” vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
- İş yerlərində əməyin mühafizəsinə və texniki təhlükəsizliyinə nəzarət etməsi;
- İstehsalatda zədələnmə səbəblərinin analizi, qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməsi;
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməsi;
- Müvafiq nümayəndələr ilə birlikdə maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunun yoxlanılması;
- Təxliyyə planının hazırlanmasında iştirak edilməsi və işçilərə bu barədə təlimat keçirilməsi;
- Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
- Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
- Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi;
- İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməsi;
- SƏTƏMM üzrə təlimatların işlənib hazırlanmasında iştirak etməsi;
- İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməsi;
- İşçilərin sağlamlığına təhlükə yarada bilən fəaliyyət növlərini saxlatdırması;
- Potensial təhlükə mənbəyi olan iş metodları, proseslər, və ya materiallar üzrə işçilərin mühafizəsinə yönəldilmiş tədbirləri məsləhət görməsi;
Namizədə tələblər:
- Ali təhsil;
- Müvafiq vəzfə üzrə minimum 1 il iş təcrübəsi (mütləqdir);
- MS Excel və Word proqramlarından istifadə.
- Diqqətlilik, məsuliyyət və tələbkarlıq.
- SƏTƏMM üzrə tələb olunan yerli və beynəlxalq sertifikatların olması
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydaları;
- Vaxtın idarə edilməsi və konfliktlərin peşəkar həlli;
İş şəraiti:
- Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək;
- Rəsmi əmək müqaviləsi;
- Nahar şirkət tərəfindən təmin edilir;
- İş qrafiki: 5 günlük
- İş yeri: Balaxanı Sənaye Parkı (Koroğlu metro stansiyasından servis xidməti mövcuddur).
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
27 avqust 2026
Son tarix
27 sentyabr 2026
Şirkət haqqında
ATA PACK MMC
Packaging and Containers Manufacturing · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Müştəri qəbulunda KYC və AML tələblərinə əməl edən təcrübəli Compliance mütəxəssisi.
Maaş göstərilməyibSon gün
Tender sənədlərini hazırlayır, elektron sistemdə təqdim edir və bank zəmanəti prosedurlarını bilir.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
İş yerlərində əməyin təhlükəsizliyinə nəzarət edir və təhlükəsizlik təlimləri keçirir, ən azı 1 il təcrübə tələb olunur.




