Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri:

  • Material, xammal, ehtiyat hissələri və avadanlıqlara olan tələbatın planlaşdırılması və təhlili;
  • Qısa, orta və uzunmüddətli təchizat planlarının hazırlanması və yenilənməsi;
  • SAP ERP sistemində satınalma tələblərinin (Purchase Requisition) hazırlanması və idarə edilməsi;
  • Anbar ehtiyatlarının monitorinqi və optimal ehtiyat səviyyəsinin təmin edilməsi;
  • Struktur bölmələrlə əməkdaşlıq edərək material tələbatı və çatdırılma müddətlərinin koordinasiyası;
  • Təchizatçı sifarişlərinin icrasına və çatdırılma proseslərinə nəzarət;
  • Material sərfiyyatının təhlili və gələcək tələbatın proqnozlaşdırılması;
  • Satınalma, ehtiyatlar və planlaşdırma üzrə hesabatların hazırlanması;
  • Təchizat və ehtiyatların idarə edilməsi proseslərinin təkmilləşdirilməsində iştirak;
  • SAP sistemində məlumatların düzgünlüyünə nəzarət.

Tələblər

  • Müvafiq mühəndislik ixtisasları üzrə ali təhsil (mütləq tələb);
  • Təchizat, satınalma və ya planlaşdırma sahəsində minimum 5 il iş təcrübəsi;
  • Ehtiyatların idarə olunması və tələbatın planlaşdırılması üzrə biliklər;
  • MS Excel proqramını yüksək səviyyədə bilmək (PowerPoint biliyi üstünlükdür);
  • SAP ERP, xüsusilə SAP MM və MRP modulları ilə işləmək bacarığı (üstünlükdür);
  • Analitik düşüncə və hesabat hazırlamaq bacarığı;
  • İngilis və rus dillərini texniki sənədlərlə və təchizatçılarla işləyə biləcək səviyyədə bilmək üstünlükdür.

Şəxsi keyfiyyətlər:

  • Analitik düşüncə;
  • Planlaşdırma və təşkilatçılıq bacarığı;
  • Detallara diqqətlilik;
  • Böyük həcmdə məlumatlarla işləmək bacarığı;
  • Komandada işləmək və effektiv ünsiyyət bacarığı;
  • Məsuliyyətlilik və nəticəyönümlülük.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Rəqabətli əmək haqqı;

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, 15 Mir Jalal Street (Darnagul)
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
10 noyabr 2026
Dillər
English, Russian
Son tarix
10 dekabr 2026
HRX ilə müraciət
2
Baxış
192

Şirkət haqqında

Baku Steel Company CJSC
Iron and Steel Manufacturing · Bakı
Baku Steel Company CJSC — bütün vakansiyalar

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən 2001-ci ildə qoyulan Baku Steel Company(BSC) yarandığı gündən, yeniliyi, keyfiyyəti əsas tutaraq istehsalatını daim artıraraq dünya bazarında rəqabətini qoruyur.

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Vakansiya tam ştat iş yeridir.

Rəqabətli əmək haqqı təklif olunur.

Müraciət üçün link vasitəsilə müraciət etmək tələb olunur. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Təchizat, satınalma və ya planlaşdırma sahəsində minimum 5 il iş təcrübəsi tələb olunur.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Təchizatın planlaması üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.

PASHA Real Estate
Mütəxəssis · 3+ ilBakı
Maaş göstərilməyib6 gün qalıb

SƏTƏM sənədləşmə və təlimlərin təşkilini, risk qiymətləndirməsini və hesabatların hazırlanmasını həyata keçirir

Compliance MonitoringReport PreparationTraining OrganizationRisk Assessment+8
Müraciət et
Rifah Group
Mütəxəssis · 1–3 ilBakı
Maaş göstərilməyib

Mağazaların gündəlik əməliyyatlarına nəzarət edir və pərakəndə satış təcrübəsi tələb olunur

Retail ManagementInventory ManagementLogisticsInternal Audit+11
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Təchizatın planlaması üzrə mütəxəssis
Müraciət et