Vakansiya haqqında

Komandamız genişlənir!

Müxtəlif korporativ müştərilərin inşaat, texniki və təsərrüfat malları üzrə təchizatını həyata keçirən şirkətimizə məsuliyyətli və çevik Satınalma və Təchizat üzrə Mütəxəssis axtarırıq.

Vacib qeyd

  • İş modelimiz çoxsaylı korporativ müştərilərin müxtəlif məhsul tələblərinin eyni vaxtda idarə olunmasını nəzərdə tutur. Bu səbəbdən namizədin B2B təchizat / supply şirkətində satınalma və ya təchizat üzrə iş təcrübəsinin olması əsas tələbdir.

Tələblər

  • Minimum 1 il B2B təchizat / supply şirkətində satınalma və ya təchizat üzrə iş təcrübəsi;
  • Eyni vaxtda müxtəlif müştərilərin fərqli məhsul tələbləri ilə işləmə təcrübəsi;
  • Təchizatçıların axtarılması, qiymətlərin toplanması və müqayisəsi;
  • Təchizatçılarla qiymət, endirim və ödəniş şərtləri üzrə danışıqlar aparmaq bacarığı;
  • Sifarişlərin təqibi və vaxtında çatdırılmasına nəzarət;
  • MS Office, xüsusilə Excel proqramında sərbəst işləmək;
  • Azərbaycan dilində səlis danışıq və yazı;
  • Rus və ya İngilis dili biliyi üstünlükdür;
  • Operativ, diqqətli və məsuliyyətli olmaq.

Üstünlük veriləcək

  • İnşaat materialları və texniki avadanlıqlar üzrə təchizat təcrübəsi;
  • Geniş yerli təchizatçı bazası;
  • İnşaat, təsərrüfat və texniki məhsulların qiymətləri barədə bazar məlumatı;
  • Çoxsaylı məhsul kateqoriyaları ilə işləmək təcrübəsi.

Vəzifə öhdəlikləri

  • Korporativ müştərilərdən daxil olan məhsul tələblərinin araşdırılması;
  • Müxtəlif kateqoriyalar üzrə uyğun təchizatçıların tapılması;
  • Hər məhsul üzrə minimum 2–3 təchizatçıdan qiymət alınması və müqayisəsi;
  • Qiymət və kommersiya şərtləri üzrə danışıqların aparılması;
  • Sifarişlərin yerləşdirilməsi və icrasının izlənilməsi;
  • Məhsulun keyfiyyəti, sayı, qiyməti və çatdırılma müddətinə nəzarət;
  • Alternativ məhsul və təchizatçıların araşdırılması;
  • Anbar və digər şöbələrlə koordinasiya;
  • Satınalma ilə bağlı hesabat və sənədləşmənin aparılması.

İş şəraiti

  • Məkan: Bakı, Əhməd Rəcəbli
  • İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–18:00
  • Maaş: Təcrübə və bacarığa uyğun olaraq müsahibə zamanı razılaşdırılır
  • İş üçün korporativ nömrə təqdim olunur.

Müraciət edən namizədlər üçün qeyd

  • Vakansiya üzrə əsas seçim meyarı B2B təchizat və satınalma sahəsində praktiki iş təcrübəsidir. Bu sahədə müvafiq təcrübəsi olan namizədlərin müraciətlərinə üstünlük veriləcək. Digər sahələrdə iş təcrübəsi olan namizədlərin isə bu vakansiya üzrə müraciətlərinin uyğunluğu nəzərə alınmaya bilər.

Müraciət zamanı cavablandırılması xahiş olunan suallar

CV ilə birlikdə aşağıdakı suallara da qısa və konkret cavab verməyiniz xahiş olunur. Namizədlərin ilkin qiymətləndirilməsi zamanı bu məlumatlar nəzərə alınacaq.

Satınalma və təchizat sahəsində neçə il iş təcrübəniz var?

  • Əvvəlki iş yerinizin adını və bu sahədə tutduğunuz vəzifəni qeyd edin.

Əvvəlki iş yerinizdə hansı məhsul kateqoriyaları üzrə satınalma və təchizat prosesini həyata keçirmisiniz?

  • Məsələn: inşaat materialları, elektrik avadanlıqları, santexnika, təsərrüfat malları və s.

B2B təchizat şirkətində iş təcrübəniz varmı?

  • Korporativ müştərilərdən daxil olan sorğuların araşdırılması, təchizatçıların tapılması və qiymət təkliflərinin hazırlanması ilə məşğul olmusunuzmu?

Eyni vaxtda bir neçə fərqli müştərinin və müxtəlif məhsul kateqoriyalarının sifarişlərini idarə etmək təcrübəniz varmı?

  • Varsa, bu prosesi necə təşkil etdiyinizi qısaca qeyd edin.

Bu vəzifə üzrə gözlədiyiniz aylıq əməkhaqqı nə qədərdir?

  • Məbləği AZN ilə qeyd edin.

Təchizatçıdan alınan qiymətin yüksək olduğunu müəyyən etdikdə, daha sərfəli qiymət əldə etmək üçün hansı addımları atırsınız?

  • Qısa olaraq yanaşmanızı və təcrübənizi izah edin.

Qeyd: Yuxarıda qeyd olunan sualların cavablandırılması müraciətin ilkin qiymətləndirilməsi üçün vacibdir. Xahiş edirik, CV ilə birlikdə bütün suallara cavablarınızı da təqdim edəsiniz.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. CV göndərərkən mövzu hissəsində “Satınalma və Təchizat üzrə Mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

Uyğun namizədlərlə əlaqə saxlanılaraq müsahibəyə dəvət ediləcək.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Əhməd Rəcəbli
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
17 noyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
17 dekabr 2026
Baxış
41

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Təchizat zənciri üzrə mütəxəssis üzrə bazar adətən 875–1 600 ₼ ödəyir, median — 1 350 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

18 açıq vakansiya, 8 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Təchizat zənciri üzrə mütəxəssis kimi öz maaşını yoxla

Şirkət haqqında

Detal Construction
Topdansatış və pərakəndə ticarət, Topdansatış və distribusiya · Bakı
Detal Construction — bütün vakansiyalar

“Detal İnşaat” MMC 2021-ci ildə təsis olunmuşdur. Şirkətin əsas fəaliyyət istiqaməti tikinti və ofis materiallarının topdan və pərakəndə satışıdır.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş həftəsi 5 gündür, saat 09:00–18:00 arasıdır.

İş yeri Bakı şəhərində, Əhməd Rəcəbli küçəsində yerləşir.

Maaş təcrübə və bacarığa uyğun müsahibə zamanı razılaşdırılır.

Minimum 1 il B2B təchizat və satınalma sahəsində iş təcrübəsi tələb olunur.

CV-ni və tələb olunan suallara cavabları mövzu hissəsində “Satınalma və Təchizat üzrə Mütəxəssis” qeyd etməklə göndərin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Təchizat zənciri üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.

Army Group
Mütəxəssis · 2–3 ilBakı
2 000–3 000₼

Təchizat zəncirini idarə edir, təmir-tikinti materialları üzrə təcrübəsi olmalıdır

Supply Chain ManagementProcurementCost ControlNegotiation+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Seratonia
Mütəxəssis · 2+ ilBakı
800₼

Təchizat və logistika üzrə xarici fabriklərlə danışıqlar aparır və malların sifarişini idarə edir

NegotiationOrder ManagementReportingTransportation Planning+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Clima Service
Yeni başlayan · 1+ ilBakı
750–1 000₼

Təchizat proseslərini idarə edir, ERP proqramı və analitik bacarıqlara malikdir

Supply Chain ManagementERP SystemsMicrosoft OfficeAnalytical Thinking+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Sahara Electronics
Mütəxəssis · 3+ ilBakı
1 500–2 000₼

Elektronika və məişət texnikası üzrə məhsul kateqoriyalarını idarə etmək və stok planlaşdırmaq tələb olunur

Supplier CoordinationERP SystemsCategory managementSales analysis+8
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Satınalma və təchizat üzrə mütəxəssis
Müraciət et