Müştərilərlə satış danışıqları aparır və satış meneceri üzrə minimum 1 il təcrübəsi tələb olunur.
Vakansiya haqqında
Fəaliyyət sahəsi: İsitmə, soyutma və havalandırma (HVAC) sistemləri
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu
Vəzifə öhdəlikləri
- Tender elanlarının izlənməsi və şirkətin fəaliyyət profilinə uyğun tenderlərin seçilməsi
- Tender sənədlərinin (texniki və kommersiya təklifləri) hazırlanması və müəyyən olunmuş müddətdə təqdim edilməsi, tenderlə bağlı proseslərin başdan sona kimi izlənməsi.
- Tender şərtlərinin və texniki tələblərin diqqətlə təhlili
- Bank, vergi, dövlət satınalmaları və digər qurumlarla tenderə aid münasibətlərin tənzimlənməsi.
- Müqavilə şərtlərinin araşdırılması və şirkətin öhdəliklərinə uyğunluğunun təmin edilməsi
- Dövlət və korporativ satınalma platformalarında (elektron satınalma sistemləri və s.) işləmə
- Tenderlə bağlı rəsmi yazışmaların aparılması və sifarişçi qurumlarla əlaqələrin qurulması
- Təchizatçılarla əlaqə saxlanılması və qiymət təkliflərinin toplanmasının təşkil edilməsi
- Tender sənədlərinin vaxtında, tam və düzgün formada təqdim olunmasına nəzarət
- Müştərilərin/sifarişçilərin tələb etdiyi vendor pre-qualification sənədlərinin doldurulması və vaxtında təqdim edilməsi
Namizədə tələblər
- Xanım namizədlər
- Ali təhsil (texniki sahədə olması arzuolunandır)
- Tender və satınalma prosesləri üzrə minimum 1 il iş təcrübəsi (dövlət satınalma qanunvericiliyi barədə biliklər üstünlükdür)
- Azərbaycanda geniş istifadə olunan tender/vendor portallarında (e-Tender, Oracle iSupplier/Procurement Cloud, Tender.az və s.) işləmə bacarığı arzuolunandır.
- Texniki və kommersiya sənədləri ilə işləmə bacarığı
- MS Office proqramları (Word, Excel) ilə sərbəst işləmə bacarığı
- Diqqətlilik, məsuliyyət hissi və vaxt idarəetməsi bacarığı
- Komanda ilə işləmək bacarığı
İş rejimi, istirahət və əmək haqqı məlumatları
- Bazar ertəsi – Cümə / saat 08:30 – 17:30
- Şənbə saat 08:30 – 13:30
- Bazar - İstirahət günü
- Rəsmi bayram günləri - Qanunvericiliyə uyğun olaraq istirahət günüdür
- Məzuniyyət - Əmək Məcəlləsinə uyğun illik ödənişli məzuniyyət hüququ
- Əmək haqqı - Əməkdaşın bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Maraqlanan namizədlər CV-lərini "Tender üzrə mütəxəssis" mövzu başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
20 avqust 2026
Son tarix
20 sentyabr 2026
Şirkət haqqında
Clima Service
Corporate office · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
400–700₼
Müraciət etAsan müraciətAsan müraciət
1 000₼1 gün qalıb
Korporativ müştərilərlə əlaqələr qurur və B2B satışda minimum 1 il təcrübə tələb olunur.
Maaş göstərilməyib
Beynəlxalq təşkilatlarla işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün analitik bacarıq tələb olunur.
Maaş göstərilməyib
Dəniz ətraf mühitinin mühafizəsi üzrə mütəxəssis gəmilərin yoxlanılması üçün müvafiq biliklərə malik olmalıdır.



