Təsərrüfat xidmətini təşkil edir, inventar və təmir işlərinə nəzarət edir, 3 il təcrübə tələb olunur
Vakansiya haqqında
Portfoliomuza daxil olan binaların gündəlik fəaliyyətlərini səmərəli və fasiləsiz idarə edəcək təcrübəli və proaktiv koordinator axtarırıq. Bu rolun məqsədi təhkim edilən bina üzrə icarəçi və sakinlərin müştəri olaraq məmnuniyyətini təmin etmək üçün binanı (binaları) optimal şəkildə idarə etməkdən ibarətdir.
- Təhkim olunmuş binada işçi heyətinin gündəlik fəaliyyətini koordinasiya etmək və işlərin vaxtında icrasını təmin etmək;
- Telekommunikasiya, istilik, elektrik, havalandırma və digər mühəndis sistemləri üzrə texniki xidmət və təmir proseslərini planlaşdırmaq, nəzarət etmək və əlaqələndirmək;
- Binanın konstruksiya və infrastrukturunun vəziyyətinin qiymətləndirilməsi məqsədilə mütəmadi texniki baxışları tətbiq etmək və aşkarlanan nasazlıqlar üzrə korrektiv tədbirləri təşəbbüs etmək;
- Kommunal xidmətlərin istehlakını təhlil etmək, xərc optimallaşdırılması və enerji səmərəliliyi üzrə təkliflər hazırlamaq;
- Parkinq idarəçiliyi, tullantıların utilizasiyası, binanın təhlükəsizliyi, təmizlik və digər əməliyyat xidmətlərinə nəzarət etmək;
- Sığorta planları, xidmət müqavilələri və üçüncü tərəf təminatçıları ilə əlaqələri idarə etmək;
- Maliyyə və qeyri-maliyyə əməliyyatlarını, texniki xidmət qrafiklərini, aktları və digər sənədləri dəqiq və sistemli şəkildə qeydiyyata almaq və yeniləmək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Facility Management Group ofis və yaşayış binası, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən aparıcı şirkətdir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
Binaların gündəlik fəaliyyətlərini səmərəli və fasiləsiz idarə etməkdir.
Bəli, telekommunikasiya, istilik, elektrik, havalandırma və digər mühəndis sistemlərinin texniki xidmət və təmir proseslərinə nəzarət edilir.
Bəli, icarəçi və sakinlərin müştəri olaraq məmnuniyyəti təmin edilir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTəsərrüfat üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Müəssisənin inzibati və təsərrüfat işlərini idarə edir, texniki xidmət üzrə təcrübə tələb olunur
Logistika və satınalma proseslərini idarə edir, təchizatçılarla iş və danışıqlar aparmaq bacarığı tələb olunur
Texniki sistemlərin planlı və operativ xidmətini idarə etmək üçün 10 ildən çox təcrübə tələb olunur



