Əməliyyat risklərinin idarə edilməsində təcrübəli, risk qiymətləndirmə və hesabat bacarıqları tələb olunur
Vakansiya haqqında
Namizədə dair gözləntilər və xüsusi tələblər:
- Ali təhsil ( Riyaziyyat, statistika, maliyyə, aktuar elmləri və ya oxşar sahə);
- Dil bilikləri- Azərbaycan dili səlis, İngilis dili işgüzar səviyyədə;
- Minimum 3 il iş təcrübəsi ( Aktuar və ya sığorta sahəsində );
- Kompüter bilikləri: MS Excel ( yüksək səviyyə ), SQL, R və ya Python ( arzuolunandır), böyük həcmli məlumatların emalı və statistik təhlili;
- Yerli və Beynəlxalq aktuar sertifikatları üzrə imtahanların mərhələləri üstünlükdür;
- Analitik və strateji düşüncə, məsuliyyətlilik, detallara diqqət, qərarvermə bacarığı, təşəbbüskarlıq, komanda ilə işləmək bacarığı.
İş haqqında məlumat:
- Sığorta ehtiyatlarının adekvatlığının qiymətləndirilməsi üzrə analitik modellərin qurulması və nəticələrin təhlili;
- Aktuar fərziyyələrin və hesablama metodlarının əsaslandırılması, alternativ yanaşmaların qiymətləndirilməsi;
- Sığorta ehtiyatları üzrə nəticələrin dövrlərarası müqayisəsi və dəyişikliklərin səbəb amillərinin müəyyən edilməsi;
- Böyük həcmli məlumatların emalı, statistik təhlili və aktuar modellərin tətbiqi və təkmilləşdirilməsi;
- Risk, zərərlilik və gəlirlilik göstəricilərinin hesablanması və portfel performansının təhlili;
- Ssenari analizləri, stress-testlər və həssaslıq analizlərinin aparılması;
- Anderraytinq şərtləri və tariflərin adekvatlığının qiymətləndirilməsi üzrə analitik təhlillərin aparılması;
- Təkrarsığorta strukturunun risk profili ilə uyğunluğunun qiymətləndirilməsi;
- Kapital adekvatlığı və ödəmə qabiliyyəti göstəricilərinə dair analitik hesabatların hazırlanması;
- Sığorta ödənişləri ilə ehtiyatlar arasındakı fərqlərin təhlili və səbəblərin müəyyən edilməsi;
- Data keyfiyyətinin qiymətləndirilməsi və hesablama proseslərinin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi.
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır
- İmtiyazlar: Könüllü tibbi sığorta;
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Aktuari üzrə baş mütəxəssis) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
8 sentyabr 2026
Dillər
Azerbaijani, English
Son tarix
8 oktyabr 2026
Şirkət haqqında
Xalq Sığorta
Insurance · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Maaş göstərilməyib
Bankın kredit risklərini ölçür, idarə edir və risk modelləri hazırlayır, 3-5 il təcrübə tələb olunur.
Maaş göstərilməyib
PPC üzrə analitik kampaniyaların effektivliyini artırmaq üçün məlumatları təhlil edir və modelləşdirir.
Maaş göstərilməyib
Kredit risklərinin idarə olunması və modelləşdirilməsi üzrə analitik işləri görür, SQL və Python bilikləri tələb olunur.



