Maliyyə və mühasibat uçotunu idarə edir, 5 il təcrübə və peşəkar sertifikat tələb olunur
Vakansiya haqqında
Madina Group MM MMC Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir.
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş rejimi: Tam iş günü (5 gün)
- İş saatları: 09:00 – 18:00
- Nahar fasiləsi: 13:00 – 14:00
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
Vəzifə öhdəlikləri
- Maliyyə, mühasibat və vergi uçotunun Azərbaycan Respublikası qanunvericiliyinə və beynəlxalq standartlarına uyğun təşkil edilməsi və idarə olunması;
- Balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti hesabatları, eləcə də vergi, DSMF, statistika və digər dövlət hesabatlarının hazırlanması və vaxtında təqdim olunması;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının, idarəetmə hesabatlarının və dövr bağlanışı əməliyyatlarının vaxtında həyata keçirilməsi;
- Təsərrüfat əməliyyatlarının, ödənişlərin, müqavilələrin və sənəd dövriyyəsinin qanunvericiliyin tələblərinə uyğun aparılmasına nəzarət edilməsi;
- Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsinin təmin edilməsi;
- Debitor və kreditor borclarına, pul vəsaitlərinin hərəkətinə və kredit əməliyyatlarına nəzarət edilməsi;
- Əmək haqqı, məzuniyyət, ezamiyyət və xəstəlik vərəqələrinin hesablanması və işçilərlə hesablaşmalara nəzarət edilməsi;
- Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və pul vəsaitlərinin inventarlaşdırılmasının təşkili;
- Audit proseslərinin koordinasiyası, dövlət qurumları ilə yazışmaların aparılması və yoxlamalar zamanı şirkətin maraqlarının təmsil olunması;
- Maliyyə nəticələrinin təhlili, daxili nəzarət prosedurlarının təkmilləşdirilməsi və rəhbərliyə təkliflərin təqdim edilməsi;
- Mühasibatlıq komandasının fəaliyyətinin koordinasiya edilməsi və tabeçilikdə olan əməkdaşlara metodiki dəstəyin göstərilməsi.
Namizədə tələblər
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Baş mühasib və ya maliyyə sahəsində rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi;
- Peşəkar mühasib sertifikatının olması mütləqdir;
- Vergi qanunvericiliyi, əmək qanunvericiliyi və beynəlxalq standartları üzrə dərin biliklər;
- MS Office proqramlarında, xüsusilə Excel-də və 1C mühasibat proqramında peşəkar işləmə bacarığı;
- Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dillərini bilmək üstünlükdür;
- Analitik düşünmə, liderlik, komanda idarəetmə və qərarvermə bacarıqları.
Göstərilən tələblərə cavab verən, xüsusilə şəxslərin və namizədlərin CV-lərini “Baş mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməkləri xahiş olunur.
Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
19 avqust 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
19 sentyabr 2026
Şirkət haqqında
Madina Group
Hotel · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
2 500–3 000₼
Müraciət etAsan müraciətAsan müraciət
2 000–2 500₼7 gün qalıb
Maliyyə əməliyyatlarının uçotunu idarə edir və vergi hesabatlarını hazırlayır, 5 il təcrübə tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət
1 500₼2 gün qalıb
Maliyyə və mühasibat əməliyyatlarını idarə edir, 1C və Excel bilikləri tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Maliyyə və vergi hesabatlarını hazırlayır, 3 il təcrübəsi və 1C proqramını bilir.
Müraciət etAsan müraciətAsan müraciət
Mövzu üzrə materiallar
Karyera
Bütün materiallar 



