Vakansiya haqqında

Vəzi̇fə Öhdəli̇kləri̇
  • Debitor borclarının izlənməsi və təhlili;
  • Şübhəli Debitor borclarının müəyyən edilməsi;
  • Aging hesabatlarının hazırlanması;
  • Avans sahiblərinin balanslarına nəzarət etmək;
  • Müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq;
  • Debitor balans hesabatını müvafiq maraqlı tərəflərlə təhlil etmək;
  • Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvlikləri və uyğunsuzluqları aradan qaldırmaq;
  • Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq;
  • Aylıq maliyyə hesabatlarının hazırlanması və təhlil edilməsinə dəstək verilməsi;
  • Debitorlarla hesablaşmalara nəzarət etmək və debitorlar üzrə qalıqların yoxlanılması;
  • Açıq PM və AR hesablarının qısa zamanda ödənilməsi və yaxud ödənişə zəmanətin alınması;
  • Gündəlik olaraq Bank və ƏDV depozit hesabının yoxlanılması və prosedura uyğun ödənilən borclarının Opera PMS/ Fidelio sistemində bağlanılması;
  • Ayda ən azı bir dəfə problemli borclarla dair iclaslarda müzakirə etmək, təhlil etmək və sonda lazımi tədbirlərin görülməsini təmin etmək;
  • Debitor borclar üzrə tələb olunan, korporativ hesabatların və digər daxili hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
  • Digər gündəlik və aylıq debitor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi və iclasların təşkili;
  • Debitorların izlənilməsi və ödənişləri təmin etmək, hesabların yazılması, gündəlik E-qaimə tərtib edilib göndərilməsi;
  • Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etmək.
TƏLƏB OLUNAN BİLİK, BACARIQ VƏ TƏCRÜBƏ:
  • Ali təhsilli olmalı;
  • Maliyyə sahəsində 1-3 illik təcrübə;
  • Güclü proses və planlaşdırma düşüncəsi;
  • İşə strukturlaşdırılmış və proses yönümlü yanaşmaya malik olmalı;
  • Microsoft Word, Excel, PowerPoint, Günəş,Opera PMS kompyuter proqramları ilə orta səviyyədə bilik olmalı;
  • Yaxşı elektron cədvəl və yazı bacarıqları olmalı;
  • Stressə davamlı və sürətli qərar qəbuletmə bacarığı olmalı;
  • Mühasibat uçotu ilə bağlı yerli qanunvericiliyi bilməli;
  • Yaş həddi 22-35.
Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.
Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Debitor borclar üzrə mühasib) göstərilməklə cv@ghg.az elektron poçtuna göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Qəbələ
Təcrübə
1–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
30 iyul 2026
HRX ilə müraciət
4
Baxış
17

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Debitor borclar üzrə mühasib üzrə bazar adətən 600–650 ₼ ödəyir, median — 650 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

6 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Debitor borclar üzrə mühasib kimi öz maaşını yoxla

Şirkət haqqında

Azerbaijan Tourism and Management University
Higher Education · 1,001-5,000 · Bakı
Azerbaijan Tourism and Management University — bütün vakansiyalar

Azərbaycan Turizm və Menecment Universiteti ali məktəb olaraq öz fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-cı il 25 avqust tarixli 925 saylı fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13…

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Debitor borclar üzrə mühasib üzrə Qəbələdə digər açıq elanlar.

600–700₼

Müştəri ödənişlərini və əməliyyatları proqram təminatına daxil edən mühasib tələb olunur

AccountingMS OfficeExcelWord+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
TAB MMC
Yeni başlayan · 1–3 ilBakı
Maaş göstərilməyib

Mühasibat sənədləşməsini aparır, e-qaimə və kassa əməliyyatlarını idarə edir, 1-3 il təcrübə tələb olunur

AccountingInvoice preparationBusiness CorrespondenceDocument Management+9
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Novator Farma
Yeni başlayan · 1–2 ilBakı
600–700₼

Mühasibatlıq əməliyyatlarını aparır, 1C proqramını və vergi qanunvericiliyini bilir.

Electronic InvoicingStatistical ReportingAccountingContract Drafting+5
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Debitor borclar üzrə mühasib
Müraciət et