Dələduzluq hallarını araşdırır, antifraud qaydaları hazırlayır və minimum 2 il təcrübəsi var.
Vakansiya haqqında
Dələduzluq hallarının aşkarlanması və araşdırılması, fraud sxemlərinin təhlili, antifraud qayda və ssenarilərinin təkmilləşdirilməsi istiqamətində çalışacaq Fraud Monitorinq şöbəsi üzrə mütəxəssis / aparıcı mütəxəssis axtarırıq.
Vəzifə öhdəlikləri
- Kart və qeyri-kart əməliyyatlarının antifraud sistemləri vasitəsilə monitorinqinin aparılması;
- Şübhəli əməliyyatların, fraud hallarının və təhlükəsizlik insidentlərinin müstəqil şəkildə araşdırılması;
- Dələduzluq sxemlərinin, əlaqəli əməliyyatların və yaranma səbəblərinin müəyyən edilməsi;
- Antifraud sistemlərindən və digər mənbələrdən daxil olan alert-lərin təhlili və araşdırılması;
- Real vaxt rejimində dələduzluq əlamətlərinin aşkarlanması və müvafiq tədbirlərin görülməsi;
- Əməliyyatların bloklanması, məhdudlaşdırılması və ya əlavə yoxlamaya yönləndirilməsi ilə bağlı qərarların qəbul edilməsi;
- Aşkarlanmış fraud halları və tendensiyalar əsasında antifraud qayda və ssenarilərinin hazırlanması və təkmilləşdirilməsi;
- Fraud risklərinin və yeni dələduzluq sxemlərinin təhlili, onların qarşısının alınması üçün təkliflərin hazırlanması;
- Antifraud proseslərinin effektivliyinin artırılması üzrə təkmilləşdirmə təşəbbüslərində iştirak.
Tələblər
- Antifraud, maliyyə monitorinqi, kart biznesi, fraud araşdırmaları və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi;
- Ali təhsil;
- 24/7 monitorinq prosesini təmin edən növbəli iş rejimində işləmək imkanı;
- Dələduzluq hallarının və sxemlərinin müstəqil araşdırılması üzrə praktiki təcrübə;
- Antifraud qayda və ssenarilərinin hazırlanması və ya təkmilləşdirilməsi təcrübəsi;
- Visa və Mastercard kart əməliyyatlarının iş prinsipləri üzrə biliklər;
- Mobil və internet bankçılıq xidmətlərinin iş prinsipləri üzrə biliklər;
- Bank və rəqəmsal ödənişlər sahəsində əsas dələduzluq sxemləri üzrə biliklər;
- Güclü analitik düşüncə, məlumatların təhlili və araşdırma bacarıqları;
- Azərbaycan və ingilis dillərini sərbəst bilmək, rus dili biliyi üstünlükdür;
- SQL üzrə biliklər arzuolunandır.
Üstünlüklər
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi krediti
Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
2 sentyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
20 sentyabr 2026
Şirkət haqqında
Birbank
Banking · Baku
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Maaş göstərilməyib5 gün qalıb
Rəqəmsal dələduzluq hallarını araşdırır və SQL bilikləri tələb olunur
Maaş göstərilməyib
Rəqəmsal dələduzluq hallarını araşdırır və antifraud qaydaları hazırlayır, minimum 2 il təcrübə tələb olunur.
Maaş göstərilməyib
Audit komandasını idarə edir və risk əsaslı audit yanaşması üzrə təcrübəyə malikdir


