İstehsal planlarının hazırlanması və ERP sistemində məlumatların yenilənməsi üzrə iş.
Vakansiya haqqında
“Az Protein Foods Group” MMC “İstehsal uçotu üzrə kiçik mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil arzuolunandır
- Yaş həddi: 23 - 40 yaş
- İstehsalat, anbar, planlama və ya uçot sahəsində ilkin iş təcrübəsi üstünlükdür
- Microsoft Office proqramlarını, xüsusilə Excel-i yaxşı səviyyədə bilmək
- 1C proqramı üzrə ilkin bilik üstünlükdür, lakin məcburi deyil
- Rəqəmlərlə işləmək, məlumatları müqayisə və yoxlama bacarığı
- Diqqətlilik, məsuliyyətlilik və öyrənməyə həvəs
- İstehsal komandası ilə koordinasiyalı işləmək bacarığı
- Müəssisə Buzovna qəsəbəsində yerləşir.
Vəzifə öhdəlikləri:
- İlkin istehsal uçotu sənədlərinin hazırlanmasına dəstək
- Gündəlik istehsal planının hazırlanmasına və icrasının izlənilməsi
- Gündəlik istehsal məlumatlarının toplanması və sistemə daxil edilməsi
- Xammal və material sərfiyyatının izlənilməsi və plan-fakt məlumatlarının müqayisəsi
- Daxili istehsalat tələbnamələrinin və anbarlararası yerdəyişmələrin hazırlanması
- İstehsal və satış üzrə itki / silinmə aktlarının hazırlanması
- 1C və xüsusi istehsal proqramında məlumatların daxil edilməsi və üzləşdirilməsi
- İstehsal, anbar və satış məlumatlarının qarşılıqlı üzləşdirilməsi
- Aylıq inventarizasiya prosesində iştirak və sənədləşmə
- Gündəlik və aylıq istehsal hesabatlarının hazırlanması
- Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqların vaxtında yerinə yetirilməsi.
İş şəraiti
- Əmək haqqı: 600-800 manat (əmək haqqı müsahibə zamanı bilik, bacarıq və uyğun təcrübəyə əsasən təyin ediləcəkdir).
- İş qrafiki: 6 günlük.
- Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Yerləşmə
Bakı
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
600–800 ₼
Yerləşdirilib
18 avqust 2026
Son tarix
18 sentyabr 2026
Şirkət haqqında
Az Protein Foods Group MMC
Food and Beverage Manufacturing · Baku
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Maaş göstərilməyib
İstehsalat üzrə ilkin mühasibat sənədlərinin işlənilməsi və uçotunun aparılması bacarığı tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Müştəri sifarişlərinə əsaslanaraq istehsal planlarının hazırlanmasına və koordinasiyasına dəstək verir.
Müraciət etAsan müraciətAsan müraciət
600₼
Mağazaların məhsul təminatını analiz edir və Python, Excel bilikləri tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət


