Komplayens risklərinin müəyyən edilməsi və təhlili üzrə təcrübə proqramında iştirak edir.
Vakansiya haqqında
İşin təsviri:
- Şirkətin daxili siyasət və prosedurlarına, eləcə də qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğun qiymətləndirilməsi məqsədilə nəzarət prosedurlarının planlaşdırılması, icrası və test edilməsi;
- Daxili nəzarət mühitinin effektivliyinin qiymətləndirilməsi, aşkar edilmiş boşluqlar üzrə təhlillərin aparılması və təkmilləşdirmə tövsiyələrinin verilməsi;
- Müntəzəm komplayens və daxili nəzarət hesabatlarının hazırlanması, nəticələrin aidiyyəti daxili tərəflərə təqdim edilməsi;
- Auditlər, risk qiymətləndirmələri və daxili araşdırmalar çərçivəsində tələb olunan məlumatların toplanması, təhlili və sənədləşdirilməsi;
- Müəyyən edilmiş uyğunsuzluqlar və nəzarət boşluqları üzrə düzəldici tədbirlərin hazırlanmasının koordinasiyası, icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi;
- Müxtəlif biznes bölmələri ilə əməkdaşlıq edərək proses risklərinin müəyyənləşdirilməsi və risklərin azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- Daxili siyasət, prosedur və nəzarət mexanizmlərinin hazırlanması və yenilənməsi prosesində iştirak;
Tələblər:
- Təhsil – Ali (Mühasibat uçotu, maliyyə, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi)
- Daxili nəzarət, komplayens, risklərin idarə edilməsi, audit və ya maliyyə sahəsində ən azı 2-3 il iş təcrübəsi;
- Azərbaycan dili üzrə sərbəst, ingilis dili üzrə işgüzar səviyyədə bilik üstünlük hesab olunur.
- Microsoft Office proqramlarında, xüsusilə Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;
- ACCA, CIA, CISA və ya digər müvafiq peşəkar sertifikatlara sahib olmaq və ya sertifikat proqramlarında iştirak üstünlükdür;
- Daxili nəzarət çərçivələri, risk idarəetməsi və komplayens prinsipləri üzrə bilik;
- Analitik düşüncə, problem həll etmə və risklərin qiymətləndirilməsi bacarığı;
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş saatları: 09:00 – 18:00;
- Rəqabətli əməkhaqqı;
- Könüllü tibbi sığorta;
- Təlim və inkişaf imkanları.
Qeyd: Vəzifə 1 illik müddətli əmək müqaviləsi əsasında nəzərdə tutulub.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Daxili nəzarət və komplayens üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Müştərilərin mal qalıqları və hesablaşmalarını yoxlayır, audit və analitik bacarıqlar tələb olunur.
BOKT əməliyyatlarının və risklərinin auditini aparmaq üçün daxili audit və risk idarəetməsi bilikləri tələb olunur.
Kredit portfelinin monitorinqini aparır və risk analizi üzrə güclü bacarıqlara malikdir.



