Maliyyə modelləşdirilməsi və təhlili aparır, güclü analitik bacarıqlara malikdir
Vakansiya haqqında
Görəcəyiniz işlər:
- Korporativ müştərilərin maliyyə hesabatlarının təhlil olunması;
- Korporativ müştərilərin biznes fəaliyyətlərinin təhlil olunması;
- Təhlil zamanı ortaya çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması üçün müştərilərlə görüşlərin keçirilməsi;
- Korporativ müştərilərin kredit sifarişlərinin təhlil olunaraq Kredit Komitəsinə təqdim olunmasıdır.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə (Maliyyə, iqtisadi və mühasibatlıq sahələrində);
- Maliyyə təhlili, Korporativ kredit təhlili sahəsində 1-3 il iş təcrübəsinə;
- CFA, FRM, ACCA üzrə biliklərə;
- Azərbaycan və ingilis dili üzrə mükəmməl biliyə, rus dili biliyinə;
- MS Office proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə qabiliyyətinə;
- Analitik bacarıqlar, komandada işləmək, vaxtın idarəedilməsi və yüksək səviyyədə ünsiyyət bacarığına malik olan şəxsdir.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Maliyyə analitiki üzrə bazar adətən 800–1 800 ₼ ödəyir, median — 1 000 ₼.
21 açıq vakansiya, 11 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Maliyyə analitiki kimi öz maaşını yoxlaŞirkət haqqında
ABB (Azərbaijan Beynəlxalq Bankı / The International Bank of Azerbaijan) — the largest bank in Azerbaijan by assets, with the country's widest branch and ATM network. Offers retail, corporate, SME and digital banking services.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMaliyyə analitiki üzrə Bakıda digər açıq elanlar.
Maliyyə məlumatlarını analiz edir və hesabatlar hazırlamaq üçün ən azı 2 il təcrübə tələb olunur
Maliyyə hesabatlarını hazırlayır, maliyyə analizi aparır və 2 il təcrübəsi var.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




