Kassa və inkassasiya əməliyyatlarının koordinasiyası üzrə mütəxəssis

Bir

Vakansiya haqqında

Ümumi məlumat
Kassa və inkassasiya əməliyyatlarının koordinasiyası şöbəsinə analitik düşüncəli, detallara diqqətli və məlumatlarla işləməyi sevən Mütəxəssis axtarırıq.
Öhdəliklər
  • Ödəniş terminallarının gündəlik fəaliyyətinin monitorinqinin həyata keçirilməsi və aşkar olunan uyğunsuzluqların operativ şəkildə araşdırılması;
  • Tələbat və müəyyən edilmiş limitlərə uyğun olaraq gündəlik nağd vəsaitlərin monitorinqinin aparılması;
  • Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
  • Mövcud məlumat bazaları üzrə analitik təhlillərin aparılması və nəticələrin strukturlaşdırılması;
  • MS Excel və SQL vasitəsilə məlumatların emalı, yoxlanılması və təhlilinin həyata keçirilməsi;
  • Əməliyyat göstəricilərinin dinamikasının təhlili, potensial risk və kənarlaşmaların müəyyən edilməsi;
  • Monitorinq və təhlil nəticələri əsasında müvafiq təkliflərin hazırlanması və proseslərin təkmilləşdirilməsində iştirak;
  • Fəaliyyətin bank qanunvericiliyinin və daxili normativ sənədlərin tələblərinə uyğun həyata keçirilməsi;
  • Şöbənin fəaliyyət istiqaməti üzrə digər analitik və operativ tapşırıqların icra edilməsi.
Tələblər
  • Ali təhsil;
  • Maliyyə, mühasibatlıq və ya müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Bank qanunvericiliyi üzrə biliklər;
  • MS Excel və SQL üzrə yüksək səviyyədə biliklər;
  • Python bilikləri arzuolunandır;
  • Hesabatların hazırlanması və məlumatların təhlili bacarığı;
  • Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində bilik arzuolunandır;
  • Güclü analitik düşünmə, riyazi və statistik təhlil bacarığı;
  • Detallara diqqət və yüksək dəqiqliklə işləmə bacarığı;
  • Prioritetləri düzgün müəyyən etmək və vaxtı effektiv idarə etmək bacarığı;
  • Komandada işləmək və effektiv kommunikasiya bacarığı;
  • Yüksək məsuliyyətlilik, operativlik və təşəbbüskarlıq.
Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
17 sentyabr 2026
Dillər
Azerbaijani, Russian, English

Şirkət haqqında

Bir
Technology · 5,001-10,000 · Baku
Bir — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Maaş göstərilməyib

Gündəlik və illik hesabatlar hazırlayır, böyük həcmli məlumatları təhlil edir və proqnozlaşdırır.

Report PreparationData AnalysisStatistical AnalysisForecasting+3
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Kassa və inkassasiya əməliyyatlarının koordinasiyası üzrə mütəxəssis
Müraciət et