Büdcələşdirmə və maliyyə modelləşdirilməsi qrupu rəhbəri

m10

Vakansiya haqqında

Biznesin strateji hədəflərinə uyğun büdcələşdirmə, maliyyə modelləşdirilməsi və maliyyə planlaşdırılması proseslərinə rəhbərlik edəcək, maliyyə təhlilləri və proqnozlar vasitəsilə qərarvermə prosesini dəstəkləyəcək, eyni zamanda komandanın inkişafını və effektiv fəaliyyətini təmin edəcək Büdcələşdirmə və Maliyyə Modelləşdirilməsi üzrə Qrup Rəhbəri axtarırıq.

Vəzifə öhdəlikləri

  • Şirkət və struktur bölmələr üzrə illik büdcələrin hazırlanması və təkmilləşdirilməsi prosesinə rəhbərlik etmək;
  • Büdcələşdirmə prosesini koordinasiya etmək, struktur bölmələrə effektiv əməkdaşlığı təmin etmək və məlumatların vaxtında təqdim olunmasına nəzarət etmək;
  • Biznes planlaşdırması, investisiya layihələri və məhsul gəlirliliyinin qiymətləndirilməsi üçün maliyyə modellərinin hazırlanmasına və inkişafına rəhbərlik etmək;
  • Aylıq və rüblük maliyyə proqnozlarının, performans hesabatlarının və analitik təhlillərin hazırlanmasını təşkil etmək və nəticələri rəhbərliyə təqdim etmək;
  • Büdcə-fakt müqayisələrini, maliyyə göstəricilərinin təhlilini və əsas kənarlaşmaların araşdırılmasını təmin etmək;
  • Büdcə, proqnozlaşdırma və maliyyə modelləşdirilməsi proseslərində istifadə olunan metodologiyaların, alətlərin və hesabatlılıq formatlarının təkmilləşdirilməsinə rəhbərlik etmək;
  • Komanda üzvlərinin fəaliyyətini idarə etmək, onların peşəkar inkişafını dəstəkləmək və şöbənin hədəflərinə nail olunmasını təmin etmək.

Tələblər

  • Maliyyə, iqtisadiyyat, mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Büdcələşdirmə, maliyyə modelləşdirilməsi, maliyyə təhlili və ya biznes planlaşdırılması sahəsində minimum 5 il iş təcrübəsi;
  • Komanda idarəetməsi və ya funksional koordinasiya üzrə 1-2 il iş təcrübəsi;
  • Bank və FinTech sektorunda iş təcrübəsi üstünlükdür;
  • Büdcələşdirmə, proqnozlaşdırma, maliyyə modelləşdirilməsi və idarəetmə hesabatlılığı üzrə dərin biliklər;
  • Analitik düşünmə, qərarvermə, planlaşdırma və problem həll etmə bacarıqları;
  • MS Excel və PowerPoint proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
  • ERP, Power BI, SQL və digər büdcə planlaşdırma sistemləri və analitik alətlər üzrə biliklər üstünlükdür;
  • Liderlik, təqdimat, ünsiyyət və maraqlı tərəflərlə effektiv əməkdaşlıq bacarıqları;
  • ACCA, CIMA, CFA, FMVA və ya digər müvafiq sertifikatlar üstünlükdür.

Üstünlüklər

  • İnkişaf imkanları;
  • Rəqabətli əmək haqqı və bonuslar;
  • Yüksək təminatlı sığorta;
  • Dəstəkləyici mühit;
  • Visa Premium əmək haqqı kartı;
  • Korporativ endirimlər;
  • Korporativ tədbirlər;
  • Əlavə məzuniyyət;
  • Güzəştli təhsil və işçi krediti.
Yerləşmə
Bakı
Təcrübə
Lead / Head
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
19 iyun 2026
Son tarix
30 sentyabr 2026

Şirkət haqqında

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Büdcələşdirmə və maliyyə modelləşdirilməsi qrupu rəhbəri
Müraciət et