Biznes və texniki tələbləri toplayan, təhlil edən və sənədləşdirən IT biznes analitiki axtarılır.
Vakansiya haqqında
İşin qısa təsviri
- SAP FI, CO, AA və FM modullarının tətbiqi, konfiqurasiyası, test edilməsi, dəstəklənməsi və optimallaşdırılması proseslərini həyata keçirmək, biznes tələblərinin SAP həllərinə uyğunlaşdırılmasını təmin etmək.
Vəzifə öhdəlikləri
- SAP FI, CO, AA və FM modullarının konfiqurasiyası, dəstəklənməsi və təkmilləşdirilməsini həyata keçirmək;
- Biznes tələblərini toplamaq, təhlil etmək və uyğun SAP həllərinin hazırlanmasında iştirak etmək;
- Maliyyə proseslərini təhlil edərək optimallaşdırma və avtomatlaşdırma imkanlarını müəyyən etmək;
- SAP üzrə dəyişikliklərin və inteqrasiyaların test edilməsini, o cümlədən UAT proseslərini həyata keçirmək;
- Maliyyə proseslərinin digər funksional sahələrlə inteqrasiyasına dəstək göstərmək;
- Dövr içi və dövr sonu proseslərində maliyyə komandasına SAP üzrə dəstək vermək;
- Xarici SAP konsultantları, biznes və İT komandaları ilə koordinasiyalı işləmək;
- İstifadəçilər üçün təlimlər keçirmək və müvafiq sənədləri hazırlamaq.
Tələblər
- Kompüter Elmləri, İnformasiya Texnologiyaları, İnformatika, Biznesin idarə edilməsi və ya əlaqəli sahədə ali təhsil;
- SAP FI, CO, AA və FM modullarının tətbiqi, konfiqurasiyası və dəstəyi üzrə minimum 2-4 il praktiki təcrübə;
- SAP maliyyə modullarının konfiqurasiyası, inteqrasiyası və təkmilləşdirilməsi üzrə bilik;
- Maliyyə uçotu, xərclərin idarə edilməsi və büdcələmə prosesləri üzrə bilik;
- İngilis dili biliyi; rus dili biliyi üstünlükdür;
- Agile/Scrum metodologiyaları və Jira, SAP Solution Manager kimi alətlərlə iş təcrübəsi arzuolunandır;
- Güclü analitik düşüncə, problem həll etmə və kommunikasiya bacarıqları.
Üstünlükdür
- Müvafiq SAP sertifikatlarının olması;
- SAP tətbiqi və transformasiya layihələrində iştirak təcrübəsi;
- ABAP, Java və ya Python üzrə bilik.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Rəqabətli əmək haqqı;
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Şirkət haqqında
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən 2001-ci ildə qoyulan Baku Steel Company(BSC) yarandığı gündən, yeniliyi, keyfiyyəti əsas tutaraq istehsalatını daim artıraraq dünya bazarında rəqabətini qoruyur.
Baku Steel Company CJSC — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Məhsul və xidmətlərin optimallaşdırılması və müştəri təcrübəsinin təhlili üzrə 2 il təcrübəli mütəxəssis.
Rəqəmsal transformasiya və biznes proseslərin təhlilini aparır, ən azı 3-5 il təcrübəsi var.
İT infrastrukturu və proqram təminatı layihələrini idarə etmək üçün 4-5 il təcrübəsi olan mütəxəssis.




