Mühasibat, vergi və kadr uçotu üzrə əməliyyatları aparmaq üçün 2 il təcrübəli kiçik mühasib tələb olunur
Vakansiya haqqında
Agha Financial Services MMC mühasibatlıq, vergi, maliyyə və biznes xidmətləri sahəsində fəaliyyət göstərən peşəkar konsaltinq şirkətidir. Şirkətimizin genişlənən fəaliyyət istiqamətləri və artan müştəri portfeli ilə əlaqədar komandamıza məsuliyyətli və inkişaf yönümlü Mühasib tələb olunur.
Vəzifə öhdəlikləri
- Təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün, dəqiq və vaxtında əks etdirilməsi;
- Hesablaşma əməliyyatlarının həyata keçirilməsi;
- Əmək haqqı hesablamalarının və ödənişlərinin həyata keçirilməsi;
- Vergi orqanlarına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN), eləcə də Statistika orqanlarına aid hesabatların dəqiq göstəricilər üzrə hazırlanması.
Namizədə tələblər
Bilməlidir
- Mühasibat uçotu və audit və ya maliyyə sahəsində ali təhsil;
- Peşəkar mühasib sertifikatının (PMS – MHBS) olması üstünlükdür;
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- 1C 8.3 proqramında yüksək səviyyədə işləmək bacarığı;
- MS Office proqramlarını (xüsusilə Excel) yüksək səviyyədə bilmək;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə biliklər;
- Elektron dövlət portalları ilə işləmək bacarığı;
- Güclü analitik düşünmə, riyazi hesablama və maliyyə təhlili bacarıqları;
- Maliyyə hesabatlarının hazırlanması üzrə biliklər;
İş şəraiti
- İş qrafiki: Həftə içi 5 iş günü
- İş saatı: 09:00 – 18:00
- Əmək haqqı: 800 AZN (Gross)
- İş yeri: Bakı şəhəri
- Rəsmi əmək müqaviləsi
- Karyera və inkişaf imkanları
Təklif edirik
- Peşekar iş mühitində çalışma imkanı
- Müxtəlif sahələr üzrə yeni təcrübə
- Stabil və uzunmüddətli əməkdaşlıq
- Fərdi inkişaf və təlim imkanları
- Pozitiv komanda
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan e-mail ünvanına göndərə bilərlər - [email protected]
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Mühasib üzrə bazar adətən 600–1 100 ₼ ödəyir, median — 800 ₼.
126 açıq vakansiya, 288 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mühasib kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş saatı 09:00 – 18:00, həftə içi 5 iş günü işlənir.
Əmək haqqı 800 ₼ (brutto) təşkil edir.
İş yeri Bakı şəhəridir.
CV göndərilməlidir, mövzu hissəsində “Mühasib” qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMühasib üzrə Bakıda digər açıq elanlar.
Mühasibat uçotunu aparmaq və 1C proqramında məlumatları işləmək bacarığı tələb olunur
Mühasibat və vergi uçotunu aparır, mühasibatlıq sahəsində 2-3 il təcrübəsi tələb olunur
Mühasib şirkətin maliyyə əməliyyatlarını aparır və 1C proqramında işləməyi bacarmalıdır
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




