Maliyyə meneceri illik büdcə hazırlayır və maliyyə hesabatlarını təhlil edir.
Vakansiya haqqında
Namizədə aid tələblər:
- Ali təhsil: Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
- Təhsil dərəcəsi: Bakalavr;
- Sahə üzrə iş təcrübəsi: Maliyyə sektorunda azı 3 illik iş təcrübəsinin olması arzu olunandır (sığorta sahəsində üstünlük verilir);
- Dil bilikləri: Azərbaycan (əla), İngilis (yaxşı) və Rus (arzu olunan);
- Peşəkar mühasib sertifikatının (PMS) olması arzu olunandır;
- Kompüter bilikləri: MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli və 1C proqramını yüksək səviyyədə bilməsi arzu olunandır;
- Mühasibat uçotu üzrə beynəlxalq sertifikatların mövcudluğu arzu olunandır (ACCA /DipIFR);
- Digər: Analitik təhlil etmə və komandada işləmək bacarığı.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
- Vergi, DSMF, statistika, məşğulluq üzrə bəyannamələrin və hesabatların hazırlanmasının və vaxtlı-vaxtında aidiyyatı dövlət qurumlarına təqdim olunmasının təmin olunması;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat və təkrarsığorta əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
- Debitor və kreditor borcların uçotunun və üzləşmələrin aparılması;
- Həm beynəlxalq, həm də yerli müştərilərlə yazışmalar aparmaq;
- Rəhbərlik tərəfindən verilən bütün tapşırıqların zamanında icra olunmasını təmin etmək.
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır.
- Könüllü tibbi sığorta.
- Push30 tətbiqində ödənişsiz üzvlük.
- İş qrafiki: bazar ertəsi – cümə, 09:00-dan 18:00-dək; şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.
- Əmək haqqı: 1500 AZN (gross).
Ünvan: Bakı şəhəri, Bakıxanov küçəsi, 6, Bridge Plaza.
Namizədlərdən xahiş olunur ki, mövzu başlığında vəzifənin adını qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 500 ₼
Yerləşdirilib
20 avqust 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
20 sentyabr 2026
Şirkət haqqında
AzRe Reinsurance Company
Insurance agency · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib5 gün qalıb
Debitor və kreditor borclarının uçotunu aparır, mühasibat uçotu üzrə geniş bilik tələb olunur.
Maaş göstərilməyib2 gün qalıb
Mühasibat uçotu aparır, vergi və sosial sığorta hesabatlarını hazırlayır, 3 il təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Maliyyə əməliyyatlarının mühasibat uçotunu aparır və 3 il təcrübə tələb olunur.
Mövzu üzrə materiallar
Karyera
Bütün materiallar 



