Mühasibat, vergi və kadr uçotu üzrə əməliyyatları aparmaq üçün 2 il təcrübəli kiçik mühasib tələb olunur
Vakansiya haqqında
“Baku Aqro Az” MMC istixana və kənd təsərrüfatı sahəsində mühasibat uçotu üzrə bilik və təcrübəsi olan namizədləri Mühasib vəzifəsinə dəvət edir.
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılması;
- İlkin mühasibat sənədlərinin hazırlanması, yoxlanılması və sistemləşdirilməsi;
- Məhsul istehsalı, yığımı, satışı və material sərfiyyatı üzrə uçotun aparılması;
- İstixana və kənd təsərrüfatı fəaliyyəti ilə bağlı xərclərin, gəlirlərin və məhsul qalıqlarının uçotuna nəzarət;
- Anbar əməliyyatlarının, materialların mədaxil və məxaricinin uçotunun aparılması;
- Əməkhaqqı hesablamalarının və bank əməliyyatlarının həyata keçirilməsi;
- Vergi və digər maliyyə hesabatlarının hazırlanmasında iştirak;
- Debitor və kreditor borclarının izlənilməsi və müvafiq hesabatların hazırlanması.
Namizədə tələblər:
- Mühasibatlıq və ya maliyyə sahəsi üzrə ali və ya orta ixtisas təhsili;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- İstixana və kənd təsərrüfatı sahəsində mühasibat uçotu üzrə bilik və təcrübəyə üstünlük verilir;
- Vergi və mühasibat uçotu qanunvericiliyi üzrə biliklər;
- 1C və MS Excel proqramlarında işləmək bacarığı;
- Məhsul, material, anbar və istehsal xərclərinin uçotu üzrə biliklər;
- Dəqiqlik, məsuliyyətlilik və analitik düşüncə qabiliyyəti.
İş şəraiti:
- İşəgötürən: “Baku Aqro Az” MMC
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü, saat 09:00–18:00
- Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
- Rəsmi əmək müqaviləsi və peşəkar iş mühiti.
Müraciət etmək istəyənlər CV-ni “Mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Mühasib üzrə bazar adətən 600–1 100 ₼ ödəyir, median — 800 ₼.
124 açıq vakansiya, 287 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mühasib kimi öz maaşını yoxlaŞirkət haqqında
“BAKU AQRO AZ” MMC Azərbaycanda premium dərəcəli istixana pomidorlarının ən bpyük istehsalçılarından biri olmaqla, ölkə iqtisadiyyatına öz töhfələrini verməklə yanaşı mindən artıq təhsilli insana iş imkanları yaradır.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş Bakı şəhərində yerləşir.
Həftənin 5 günü, saat 09:00–18:00 işləmək tələb olunur.
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi tələb olunur.
Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun müsahibə əsasında müəyyən edilir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMühasib üzrə Bakıda digər açıq elanlar.
Mühasibat və vergi uçotunu aparır, mühasibatlıq sahəsində 2-3 il təcrübəsi tələb olunur
Mühasibat uçotunu aparmaq və 1C proqramında məlumatları işləmək bacarığı tələb olunur
Mühasibatlıq əməliyyatlarını aparır, vergi hesabatlarını hazırlamaq üçün 1C və Excel bacarığı tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur



