Mühasib şirkətin maliyyə əməliyyatlarını aparır və 1C proqramında işləməyi bacarmalıdır
Vakansiya haqqında
Nurgün Şirkətlər qrupdan vakansiya: Mühasib (debitor-kreditor) tələb olunur
Vəzifə öhdəlikləri:
- Hesab-fakturalar əsasında təchizatçılarla əməliyyatların uçotunun aparılması;
- Avans hesablarının gündəlik izlənilməsi və balansa nəzarət;
- Hesab-fakturalar və digər sifarişlərlə bağlı əməliyyatlar zamanı yaranan problemlərin həlli;
- Təchizatçılar və müştərilərlə mütəmadi üzləşmələrin aparılması və müvafiq aktların bağlanması;
- Mühasibat uçotunda və yekun maliyyə vəziyyəti hesabatlarında əks olunan qarşılıqlı debitor və kreditor qalıqlarının təsdiqlənməsi;
- Açıq qalan məbləğlərin mütəmadi təhlilinin aparılması və şirkətin daxili siyasətinə uyğun idarə edilməsi;
- Mühasibat yazılışlarının mütəmadi nəzərdən keçirilməsi, araşdırmaların aparılması, uyğunsuzluqların aradan qaldırılmasına nəzarət edilməsi;
- Debitor və kreditorlarla hesablaşmalardan irəli gələn digər işlərin yerinə yetirilməsi.
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi
- İş vaxtı: 09:00-dan 18:00-kimi
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 900 manat təşkil edir
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Mühasib üzrə bazar adətən 600–1 100 ₼ ödəyir, median — 800 ₼.
124 açıq vakansiya, 287 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mühasib kimi öz maaşını yoxlaŞirkət haqqında
Nurgün” Şirkətlər Qrupu 1994-cü il oktyabrın 4-də təsis edilmişdir. «Nurgün» Şirkətlər qrupunun yarandığı tarixdən etibarən,onun aparıcı şirkətlərindən olan “Nurgun Motors“ dünya avtomobil istehsalçılarının flaqmanlarından olan…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş qrafiki 5 günlük iş həftəsi, saat 09:00-dan 18:00-kimi təşkil olunur.
Başlanğıc aylıq məvacib 900 manatdır.
Minimum 1-2 il iş təcrübəsi tələb olunur.
Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə) tələb olunur.
1C, Excel və Elektron Hökumət Portalında sərbəst işləmək bacarığı tələb olunur.
28-35 yaşında kişi və ya qadın namizədlərə üstünlük verilir.
Namizədlərdən CV göndərilməsi tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMühasib üzrə Bakıda digər açıq elanlar.
Maliyyə əməliyyatlarını LOGO proqramında idarə etmək və ən azı 1 il təcrübə tələb olunur
Mühasibat, vergi və kadr uçotu üzrə əməliyyatları aparmaq üçün 2 il təcrübəli kiçik mühasib tələb olunur
Mühasibat uçotunu aparmaq və 1C proqramında məlumatları işləmək bacarığı tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




